Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:21

Prezident rəqəmsal ticarətlə bağlı fərman verib


İlham Əliyev sənəd imzalayarkən.

Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı fərman imzalayıb.

Fərman bu gün, fevralın 23-ü imzalanıb.

Buna da bax:​ 'Bu vergi absurddur'

Sənəddə vurğulanır ki, məqsəd qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, ixrac imkanlarını genişləndirmək, rəqabət qabiliyyətini artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaqdır. Habelə, Azərbaycanın aparıcı mövqeyini gücləndirmək nəzərdə tutulur.

Fərmana görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 ay ərzində www.azexport.az internet portalında “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını təmin etməlidir.

Buna da bax:​ Festivallarda alınan mallara görə ƏDV-nin qaytarılma qaydaları

Həmin bölmə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında müqavilələrin elektron formada tərtibinə və imzalanmasına imkan verməlidir.

Bundan əlavə, 3 ay ərzində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsindən ötrü müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlər yaradılması təmin olunmalıdır.

Buna da bax:​ Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nəqliyyat, rabitə və yüksək texnologiyalar, vergilər nazirlikləri, dövlət gömrük, xüsusi dövlət mühafizə xidmətləri ilə birlikdə fərmandan irəli gələn məsələləri həyata keçirməlidir.

Fərmanda bəzi tədbirlərin maliyyələşdirilməsindən ötrü mərkəzə 450 min manat ayrılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG