Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:14

Festivallarda alınan mallara görə ƏDV-nin qaytarılma qaydaları


Suvenirlər.

Ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə, ödədiyi əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiq edilib.

Prezident bununla bağlı bu gün, fevralın 20-si fərman verib.

Fərmanda qeyd edilir ki, bu qayda bəzi istisnalarla yalnız istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan və ticarət festivalları dövründə alınmış istehlak mallarına şamil edilir.

Buna da bax:​ Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

İstisna olunan mallar

Bura aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar daxildir.

Habelə, ölkə daxilində satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar da istisnalar sırasındadır.

Sənədə görə, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri də alınarsa əlavə dəyər vergisi qaytarılmayacaq.

Üstəlik, bu qayda bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir.

Buna da bax:​ Nağd ödənişlər daha da məhdudlaşdırılır

ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Operatorun göstərdiyi xidmətlərə görə, alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur.

Sənəddə qeyd edilir ki, ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV həmin malların alındığı gün ərzində qaytarılır. Sonrakı günlərdə buna yol verilmir.

Xatırlatma

Əcnəbilərə ƏDV-nin qaytarılmasına Azərbaycanda ötən ildən başlanıb.

Bu “Taxfree” mexanizmdir.

Buna da bax:​ Ölkədən samovar çıxarmağa icazə almaq lazımdır

Bu, xarici vətəndaşların aldığı istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə, ödədiyi əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. İlk olaraq Vergilər Nazirliyi “Formula-1” yarışlarında öncə, mexanizmin tətbiq edildiyini açıqladı.

Bundan sonra prezident ötən il iyulun 12-də “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzaladı.

Fərmana əsasən, əcnəbilərə ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG