Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 16:47

'Rusiya Balkanlarda sabitliyi pozmağa çalışır'


Milo Djukanovic

Monteneqronun keçmiş baş naziri Milo Djukanovic deyib ki, Rusiya Balkanlarda stabilliyi pozmağa çalışır. M.Djukanovic Moskvaya meylli qüvvələrin ölkənin indiki rəhbərliyinə qarşı çoxlu material əldə etdiyini, ruspərəst müxalifətçilərin hakimiyyəti devirməkdən ötrü hətta qan tökməyə hazır olduğunu bildirib.

M.Djukanovic deyib ki, ruspərəst müxalifətin yaratmaq istədiyi hökumət Moskvanın marionetinə çevrilər və yalnız Rusiyanın maraqlarına xidmət edər. Bununla da Rusiya NATO-nun Balkanlarda genişlənməsinə imkan verməz.

Monteneqro Rusiyanın Balkanlarda nüfuzunu bərpa etmək yönündə əsas hədəflərdəndir. Rus rəsmiləri bu yaxınlarda Serbiya, Bosniya, Makedoniya və Monteneqronun Moskvanın maraq dairəsində olduğunu, bu ölkələrin NATO-ya qoşulmalı olmadıqlarını bildiriblər.

M. Djukanovic ölkəsinin NATO-ya qoşulmasını istəyənlərdəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG