Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Ağ evin yeni təhlükəsizlik müşaviri H.R.McMaster sələfindən fərqli olaraq Rusiyaya qarşı sərt şəxs kimi tanınır. Keçənilki çıxışlarından birində H.R.McMaster Rusiyanın Ukraynaya müdaxiləsinə və Krımı ilhaq etdiyinə görə beynəlxalq aləmdən lazımi cavabı almadığını demişdi. O, həm də Rusiyanın Avropanın təhlükəsizliyini, iqtisadi və siyasi nizamını dağıtmaq, Avropanı öz maraqlarına uyğunlaşdırmaq niyyətində olduğunu söyləmişdi.

ABŞ prezidenti Donald Trump H.R.McMaster-i təhlükəsizlik müşaviri vəzifəsinə təyin etdiyini fevralın 20-də elan edib. Kreml təyinata, hələ ki, reaksiya verməyib. Amma Duma üzvlərindən biri Frants Klintsevich «RIA Novosti» agentliyinə müsahibəsində H.R.McMaster-in təhlükəli adam olduğunu bildirib. Onun fikrincə, bundan sonra ABŞ-ın müdafiə və kəşfiyyat sistemi «rusiyafob» siyasət aparacaq. Digər deputat Viktor Ozerov da narahatlığını bildirib, ancaq hər şeyin prezidentdən asılı olduğunu da vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG