Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:51

Prezident: ‘Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq’


İlham Əliyevin Əl-Cəzirə televiziyasına müsahibəsi.

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq”.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bunu Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.

Buna da bax:​ Rusiya XİN: 'Qarabağı müstəqil dövlət kimi tanımırıq'

O, vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz.

“Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, onlar bizim işğal altında olan bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur”.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan regionun enerji xəritəsini dəyişib'

Günün bütün mövzuları

XS
SM
MD
LG