Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:16

«Rusiya hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi bu regionda planlaşdırılan «konstitusiya referendumu» keçirilməsindən asılı ola bilər».

Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin yaydığı açıqlamada belə yazılır.

Açıqlamada Rusiyanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı vurğulanır.

«Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Onu əsas götürürük ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir. Bu halda hesab etmirik ki, münaqişənin dinc yolla tənzimlənməsinin gedişi adıçəkilən «konstitusiya referendumu»nun keçirilməsindən asılı ola bilər», - açıqlamada vurğulanır.

Fevralın 20-də separatçı Dağlıq Qarabağda «konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum» keçirilməsi planlaşdırılır.

Azərbaycan Xarici İşlər Nazirliyi bunu «Ermənistanın təxribatı» adlandırıb. Nazirlik hesab edir ki, Dağlıq Qarabağı işğalda saxlayan Ermənistan bununla sülh danışıqlarına mane olur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG