Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 22:53

Dağlıq və dağətəyi rayonlarda qar gözlənir


Gədəbəy

Fevralın 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə, yarımadada gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 0-1 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Ölkənin bəzi dağlıq və dağətəyi rayonlarına qar yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir.

Departament xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG