Fevralın 2-si Azərbaycan Mərkəzi Bankında (AMB)Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.9111 səviyyəsində formalaşıb.
Yanvarın 31-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.92 manat müəyyən olunmuşdu.
Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.
Bu həftədən valyuta hərracı 3 dəfə deyil, yenidən 2 dəfə keçirilir.
Ötən il oktyabrın 19-dan manat birinci dəfədir ki, dollar qarşısında dəyər qazanır.