Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:09

Çin Ukrayna böhranının həllində konstruktiv rol oynamaq istəyir. Bu təklifi Çinin prezidenti Xi Jinping ukraynalı həmkarı Petro Poroshenko ilə görüşdə səsləndirib. Prezidentlər dünən—yanvarın 17-də Davosda görüşüblər.

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın Rusiyaya meyl etdiyi dövrdə Çinin belə təkliflə çıxış etməsi diqqəti çəkib. Əvvəllər Çin Ukrayna məsələsinə qarışmırdı. Rusiya Ukraynanın Krım vilayətini işğal edəndən sonra Qərbin tənqidinə, sanksiyalarına məruz qalmışdı. Amma Çin, sadəcə, Ukraynanın ərazi bütövlüyünə sayqı göstərdiyini, Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını anladığını bildirərək, kənar durmağa üstünlük verirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG