Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Dollar hərracda 1.65-ə yaxınlaşdı


Dollar

Noyabrın 1-də Azərbaycan Mərkəzi Bankında (AMB-də) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.6381 məzənnəsi ilə başlayıb və 1.6471 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son həftələrdə əksinə, dollar yenə manat qarşısında dəyər qazanır.

XS
SM
MD
LG