İstanbul Cümhuriyyət Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu ilə bağlı həbs qərarı çıxarıb.
Türkiyə mətbuatının yazdığına görə, bunlar Arif Erdem, Uğur Tütünəkər və İsmayıl Dəmirizdir.
Dəmirizin avqustun 24-də İstanbuldakı evində saxlandığı bildirilir.
Digər 2 keçmiş futbolçunun isə ölkə xaricində olduqları məlum olub.
Qeyd edək ki, Türkiyə məhkəməsi bundan əvvəl ölkəfutbolunun canlı əfsanələrindən olan Hakan Şükür barədə də həbs qərarı şıxarıb.
Hakan Şükür hazırda ABŞ-da yaşayır.