-
Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun yenilənməsinə 2,5 milyon manat ayırıb.
Ölkə başçısı martın 7-də bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolu yenilənəcək.
Sərəncamın icrası Maliyyə Nazirliyinə və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.