-
Dekabr 9-na keçən gecə Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, transformatorun çıxış kabelləri yanıb. Transformator yanğından mühafizə olunub.
Hadisə zamanı zərər çəkənin olub-olmadığı barədə məlumat verilmir.