Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:49

Asan Xidmət lisenziyalar verməyə başlayıb


ASAN Xidmət

Noyabrın 5-dən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanıb.

APA-nın məlumatına görə, bu gün 5 saylı "ASAN xidmət" mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə, xüsusilə beynəlxalq yükdaşımalar və taksi-minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üçün lisenziyalar verilib.

Noyabrın 2-dən lisenziyaların yenilənməsi ilə bağlı 600-dək müraciət daxil olub ki, onlardan 57-si icraata götürülüb. Qısa müddət ərzində həmin lisenziyalar sahibkarlara təqdim olunacaq.

Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir.

Qeyd edək ki, prezident İlham Əliyev bu günlərdə sahibkarlıq fəaliyyətinin xüsusi lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair fərman imzalayıb.

XS
SM
MD
LG