Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:44

"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il maksimuma çatıb. Amma bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalıb”

APA-nın məlumatına görə, bunu oktyabrın 9-da Moskvada keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında Rusiyanın baş nazir müavini Dmitri Rogozin deyib.

İclasda ikitərəfli əməkdaşlıq, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur.

Ragozinin sözlərinə görə, 2014-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq maksimuma- 4 milyard dollara çatıb.

O bildirib ki, Azərbaycan MDB ölkələri arasında Belarus, Ukrayna və Qazaxıstandan sonra Rusiya ilə ticarət dövriyyəsinə görə 4-cü, Rusiya isə Azərbaycanla ticarət dövriyyəsində İtaliya və Almaniyadan sonra üçüncü yerdədir.

Amma Ragozun bildirib ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalaraq 1,7 milyard dollar olub və hesab edirəm ki, bugünkü iclasda bu məsələnin detallarını müzakirə eləmək lazımdır.

XS
SM
MD
LG