Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:23

AXC-nin yaradılmasından 25 il ötür


-

İyulun 16-da Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 25 il ötür. AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb.

«Azadlıq» qəzeti bir sıra siyasətçilərin təbrik məktublarını dərc edib.

Milli Şuranın liderləri - fəxri sədri, tanınmış yazıçı və dramaturq Rüstəm İbrahimbəyov və sədri, professor Cəmil Həsənli AXC-nin 25 illik yubileyini təbrik ediblər.

Rüstəm İbrahimbəyov yazır:

«Qərargahında partlayış, sərt polis nəzarəti və partiyanın normal fəaliyyətinə maneələr onu göstərir ki, AXCP hakimiyyət tərəfindən ən ciddi siyasi opponent kimi qəbul edilir və hakimiyyət səhv etmir. AXCP-nin son illərdə ilk dəfə olaraq ölkənin bütün real müxalifətini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasına dəstəyini yada salmaq kifayətdir. Prezident seçkilərinin nəticələri (saxtalaşdırılmış nəticələr yox, faktiki nəticələr) göstərdi ki, Azərbaycan əhalisi sərt siyasi təzyiq altında səs çoxluğu ilə Cəmil Həsənlinin namizədliyini dəstəklədi və bununla da rəsmi təbliğatın Azərbaycanda xalqın dəstəklədiyi müxalifətin olmaması ilə bağlı yalan iddialarını təkzib etdi. Bu gün Azərbaycan hakimiyyətini ölkədə hüquq və azadları pozduğuna görə qınayan beynəlxalq demokratik ictimaiyyətin nəzərə çarpacaq dərəcədə fəallaşması bir çox halda 2013-cü ilin sonunda AXCP-nin dəstəyi ilə baş verən hadisələrin nəticəsidir».

Cəmil Həsənlinin təbrik məktubunda oxuyuruq:

«2000-ci ilin avqustunda Əbülfəz bəyin vaxtsız vəfatı bütün Azərbaycan cəmiyyəti ilə yanaşı Xalq Cəbhəsi üçün daha ağır, əvəzsiz itki idi. Müxtəlif bölünmələr, parçalanmalar olsa da, Cəbhə öz varlığını, siyasi həyatdakı yerini qoruyub saxlaya bildi, öz içindən yeni lider formalaşdırdı. Əli Kərimli gənc olsa da, yetkin bir siyasətçi kimi meydana girdi, AXCP-ni ölkənin aparıcı partiyalarından birinə çevirdi. Hazırda partiyalı cəbhəçilər siyasi proseslərin önündədir desək, səhv etmərik. Bu gün 25 illik zaman fasiləsindən baxanda fəal həyat mövqeyi, siyasi bioqrafiyası olan adamların aşağı-yuxarı demək olar ki, hamısının cəbhəçiliyi olmuşdur. Ona görə bu yubileydə, ona haqq edib etməməsindən asılı olmayaraq hər kəsin payı vardır. 25 il əvvəl bu hərəkat Xalq Cəbhəsi kimi yarandı, lakin hadisələrin axarı onu xalqın cəbhəsinə çevirdi».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG