Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:47

Özbəkistan və Tacikistanın tənqidçisi döyülüb


Salim Shamsiddinov
Salim Shamsiddinov
Özbəkistan və Tacikistan hökumətlərinin tanınmış tənqidçisi Salim Shamsiddinov Tacikistanda Qurgon-Teppa şəhərindəki evində naməlum şəxslər tərəfindən döyülüb.

Onun sözlərinə görə, mayın 5-də 3 nəfər onun üstünə hücum edib, başından və ayaqlarından xəsarət yetiriblər.

Yerli hökumət hadisəni təsdiqləsə də, detallar barədə məlumat verməkdən imtina edib.

Shamsiddinovun fikrincə, bu hücum onun sonuncu müsahibəsi ilə bağlı ola bilər. Bu müsahibədə Tacikistanın qonşu Özbəkistanla gərgin münasibəti tənqid olunurdu.

Salim Shamsiddinov özbək hakimiyyətini də ciddi tənqid edir.

Bu iki ölkənin münasibətlərində su və enerji mənbələrinə görə gərginlik yaşanır.
XS
SM
MD
LG