Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Suriyada hökumət qüvvələri ilə toqquşmada altı nəfər həlak olub


Hakim Baath partiyasının Deraada mitinqçilərin dağıtdıqları binası, 22 mart 2011
Hakim Baath partiyasının Deraada mitinqçilərin dağıtdıqları binası, 22 mart 2011
Martın 23-də gecə Suriyanın cənub şəhəri Deraada təhlükəsizlik qüvvələrinin məscidə hücumu nəticəsində azı altı nəfər həlak olub. Bir həftədir hökumət əleyhinə mitinqlər keçirən müxalifət fəalları həmin məscidi öz mərkəzləri kimi istifadə edirdilər.

Hücum baş verən vaxt da al-Omari məscidin ətrafına toplaşan adamlar siyasi islahatlar, korrupsiyaya son qoyulmasını tələb edirdilər.

Həmin hadisə zamanı çəkilib Facebook şəbəkəsinə yerləşdirilmiş videoya görə, təhlükəsizlik qüvvələrinin hücumundan az əvvəl elektrik və telefon xətləri kəsilib.

Suriya rəsmiləri isə “silahlı cinayətkarlar” adlandırdığı adamların təhlükəsizlik işçilərinə hücum etdiklərini, amma onların bir neçəsinin qətlə yetirildiyini bildirirlər.Dövlət televiziyasının məlumatına görə, atışmada dörd nəfər həlak olub. Onlardan biri hərbi həkim, biri sürücü, biri təhlükəsizlik xidmətinin əməkdaşı, biri isə yaralılara köməyə çalışan məşhur həkim Ali Ghassab al-Mahamiddir.

Televiziya həmin məscidddən müsadirə edidliyini iddia etdiyi silahlar və pullar da göstərib.

Suriyada 2000-ci ildən atası Hafez al-Assadın yerinə hakimiyyət başına gələn prezident Bashar al-Assad ilk dəfədir bu cür kütləvi etiraz aksiyaları ilə üzləşir.
Həmçinin oxuyun:
hakim partiya 1963-cü ildən ölkədə fövqəladə vəziyyət elan edərək müxalifət partiyalarını qadağan edib.

İndi Suriyada keçirilən etiraz aksiyaları başqa ərəb ölkələrində baş verən inqilablara nisbətən kiçik olsa da, Assadın hakimiyyətinə ciddi təhlükə yaradır. Hökumət “islahatlar və müasirləşdirmə” kursunun davam etdiriləcəyinə vəd edir və mitinqçilərin tələblərindən birini yerinə yetirərək Deraa əyalətinin qubernatorunu işdən kənarlaşdırıb. Amma bu addımlar da keçən həftə bir neçə dinc sakinin öldürlüməsi ilə alovlanan qəzəbi yatıra bilməyib.

Ötən cümə günü təhlükəsizlik qüvvələri etiraz askiyası iştirakçılarına atəş açaraq dörd nəfəri qətlə yetiriblər. Ertəsi gün də onların dəfn məraisminə atəş açılıb. Bazar ertəsi isə mitinqçilərə atılan göz yaşardan qazdan 11 yaşında bir oğlan uşağı həlak olub.
XS
SM
MD
LG