Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Suriyada etiraz aksiyaları genişlənir (Video)


Suriyada etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Hökumət əleyhinə etirazlarda iştirak edənlər siyasi azadlıqla, fövqəlada vəziyyətin dərhal ləgv olunmasını tələb edirlər. Martın 20-də Deraa şəhərində etirazçılar hakim Baath partiyasının qərargahını yandırıblar. (Reutersin görüntüləri)

Martın 21-də Suriyanın cənub şəhəri Jassemdə yüzlərlə adam hökumət əleyhinə mitinqlərə başlayıb.

Daraa şəhərində də etiraz askiyalarının başlaması haqqında xəbərlər var. Bazar günü müxalifət tərəfdarları hakim Baath partiyasının bu şəhərdəki qərargahına od vurublar. Həmin gün hökumət qüvvələri ilə toqquşmada azı bir nəfərin həlak olması barədə məlumatlar var.

Human Rights Watch təşkilatının Yaxın Şərq və Şimali Afrika bölməsinin rəhbəri Leah Whitson bu gün bildirib ki, Suriya hökuməti heç bir vicdan əzabı çəkmədən ağzını açıb danışmaq istəyən vətəndaşlarını öldürür.

Həmçinin oxuyun:
Bazar günü paytaxt Dəməşqin 100 kilometrliyində Daraa şəhərində minlərlə adam hökumət əleyhinə mitinqdə iştirak edib. Bu şəhərdə 3 gündür ki, etirazlar baş verirdi.

Bazar günü hökumət qüvvələri etirazçıları gülləbaran edəndən sonra azından bir nəfərin həlak olduğu bildirlir. Əvvəlki günlər baş verən toqquşmalarda da ölənlərin olduğu haqda xəbərlər gəlir.

Misir və Tunisdə baş vermiş inqilablardan sonra Suriyada da prezident Bashar al-Assadın on illik hakimiyyətinə son qoyulması tələbilə etiraz askiyaları başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG