Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Suriyada etiraz askiyaları bərpa olundu


Martın 21-də Suriyanın cənub şəhəri Jassemdə yüzlərlə adam hökumət əleyhinə mitinqlərə başlayıb. Daraa şəhərində də etiraz askiyalarının başlaması haqqında xəbərlər var.

Dünən bu şəhərdə hökumət qüvvələrinin mitinqçilərə atəş açmasına görə azı bir nəfərin həlak olması barədə məlumatlar var.

Human Rights Watch təşkilatının Yaxın Şərq və Şimali Afrika bölməsinin rəhbəri Leah Whitson bu gün bildirib ki, Suriya hökuməti ağzını açıb danışmaq istəyən vətəndaşını öldürməyə görə heç bir vicdan narahatlığı hiss etmir.

Bazar günü paytaxt Dəməşqin 100 kilometrliyində Daraa şəhərində minlərlə adam hökumət əleyhinə mitinq keçirib. Aksiyalar üçüncü gün idi ki, dalbadal davam edirdi.

Bazar günü aksiya iştirakçılarının gülləbaran edilməsi zamanı azı bir nəfər həlak olub. Ondan əvvəlki günlərdə də bir neçə adamın həlak olması barədə xəbərlər var.

Misir və Tunisdə baş vermiş inqilablardan sonra keçən ay Suriyada da prezident Bashar al-Assadın on illik hakimiyyətinə son qoyulması tələbilə etiraz askiyaları başlayıb.
XS
SM
MD
LG