Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 21:16

Qobustan həbsxanasının rəisi işdən kənarlaşdırıldı


Qobustan həbsxanasının rəisi Kazım Abdullayev vəzifəsindən kənarlaşdırılıb.
Penitensiar Xidmətin yeni rəhbəri Mədət Quliyevin əmrinə əsasən bu həbsxanada araşdıraraşdırma aparılana qədər Kazım Abdullayev işdən kənar saxlanacaq. Onun yenidən öz işinə bərpa edilib-edilməyəcəyi isə aparılan araşdırmanın nəticəsindən asılı olacaq.

“Turan” informasiya agentliyinin məlumatına görə Qobusatn həbsxanasına rəhbərlik müvəqqəti olaraq 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Osmanova həvalə olunub.

Qobustan həbsxanasında ağır cinayətlərdə ittiham olunan və ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar. Son vaxtlar yerli mətbuatda bu həbsxanada saxlanan məhbuslar və onların yaxınları ilə həbsxana rəhbərliyi arasında narazılıq barədə xəbərlər yayılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG