Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Barak Obama Qurban bayramı münasibətilə İlham Əliyevi təbrik edib


Təbrik məktubunda bildirilir:

«Hörmətli cənab Prezident,

Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin Sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur.

Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər.

Sizə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyirəm».
XS
SM
MD
LG