Arqument də belə olub ki, məhkəmə zalındakı pəncərələr açıqdır. Yəni onların qaçmaq ehtimalı ola bilər.
Hakimlər Aynur Elgünəşi ev dustaqlığına buraxmaqdan imtina edib
Prokurorun çıxışında sıra üçüncü təqsirləndirilən Tamilla Musayevaya çatanda onun durumu pisləşib
Suallar isə Abbasovun bundan öncə narkotik ittihamı ilə 1 aylıq inzibati həbsindən verdiyi şikayətlə bağlıdır.
Sosial mediada Azərbaycan hökumətini, o cümlədən prezidenti tənqid edən ingilis dili müəllimi Dəyanət Çələbiyev 10 aydır ki, Mirsahib Xudaverdizadə adlı şəxsi bıçaqlamaq ittihamı ilə həbsdədir.
MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problemlərin yarandığı bildirilir.
Azərbaycan əvvəllər də AİHM qərarlarının yerinə yetirilməsi göstəricilərinə görə ən geridə qalan ölkələrdən olub.
52 yaşlı M.Ceyhan Avropa Məhkəməsinə şikayətində Azərbaycanda qanunsuz həbs olunduğunu, haqqındakı həbs qərarının əsaslandırılmadığını vurğulayıb.
Uzun illər ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza verilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da jurnalist Rauf Mirqədirovun 12 il əvvəl Türkiyədən Azərbaycana deportasiyası və burada dövlətə xəyanət ittihamı ilə həbs olunması barədə qərarını açıqlayıb.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabrın 5-də siyasi məhbus saydığı şəxslərin yenilənmiş siyahısını dərc edib.
Bu ilin sonunadək Ali Məhkəmədə əlilliyin təyinatından verilən şikayətlərə qarşı dövlət agentliyini təmsil etmək üçün büdcədən 130 mindən çox pul ayrılıb. Söhbət vətəndaşların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırdığı iddialardan gedir.
Davamı