AİHM hesab edib ki, bu qədər uzunmüddətli məhdudiyyət qeyri-mütənasibdir və dövlətin ümumi maraqları ilə şəxslərin hərəkət azadlığı arasında ədalətli tarazlıq təmin edilməyib
Daha bir keçmiş hakim ona verilən 5 min manata yaxın pensiyadan narazı qalıb. Bu dəfə şikayətçi 15 ildən çox Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış, ötən il 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən Cahangir Yusifovdur.
Azərbaycan prezidenti İlham Əliyev bugünlərdə Qırğızıstanda, İssık-Kul gölünün sahilində açılışına qatıldığı otel ilə bağlı qalmaqal yaşanır. "Baku Resort&Spa" otelinin tikintisində iştirak edən şirkətin iddiasına görə, işini yerinə yetirsə də, pulunu ödəmirlər.
Yağış yağanda kanalizasiya suları evlərə və həyətlərə dolduğuna görə Binəqədi sakinləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə veriblər.
50 kiloqramdan artıq narkotik vasitə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 50 yaşlı Maqomedsultan Yaxyayev bugünlərdə bəraət alaraq məhkəmə zalından sərbəst buraxılıb.
Rəhbərlik etdiyi mərkəzdə müalicə alanları zorla orada saxlamaqda və xəsarət yetirməkdə suçlanan C.Salmanov təqsirli bilinsə də, məhkəmə ona 3 il 3 ay şərti cəza kəsib.
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olmuş yanğına görə bu qurumun bir ildən çoxdur mühakimə edilən keçmiş direktoru Mehriban Abasquliyeva deyir ki, yanğın siqnalizasiya sistemindən qaynaqlanıb və problemdən TƏBİB xəbərdar idi.
"Rasim İldırımzadəni pis vəziyyətdə qoymamaq üçün o vaxt demədim ki, mən Nihad deyiləm".
Rəsmi sənədlərə görə, restoran 2022-ci il aprelin 15-də Xaqan Quliyevə 450 min manata satılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Katibliyinin Əmr və qərarların icrasına nəzarət şöbəsinin baş zabiti, leytenant Ramil Eyvazov nazir Kəmaləddin Heydərovun adından yararlanaraq adamları aldatmaqda suçlanır.