Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:26

Vəkil olmaq istəyən 237 nəfər imtahan verib 


İmtahan, arxiv foto

Bu gün, sentyabrın 8-də Dövlət İmtahan Mərkəzində vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. Bu barədə məumat Vəkillər Kollegiyasindan ayılıb.

Məlumata görə, 240 nəfər hüquqşünas vəkil olmaqdan ötrü öz namizədliyini irəli sürüb. Beləliklə, 3 saat davam edən imtahanda bilavasitə 237 nəfər iştirak edib.

Məlumatda vurğulanır ki, onlardan 189 nəfəri 60 və daha yüksək bal toplayıblar. Bu da 79,7 faiz təşkil edir.

Ən yüksək nəticə göstərən namizəd 95 bal toplayıb.
60 və daha yüksək bal toplayanlar ikinci mərhələyə keçiblər.
Azərbaycanda vəkilliyə qəbul iki mərhələdə aparılır. Növbəti mərhələdə lazımı bal toplayanlar şifahi imtahandan keçəcəklər.

Xatırlatma

Azərbaycanda son bir neçə ildə vəkilliyə imtahanlar keçirilmirdi.
Ötən ilin əvvəllərindən bu proses bərpa edilib.Amma bəzi ekspertlər hesab edirlər ki, imtahanların ikinci-şifahi mərhələsi subyektivliyə yol açır. Ötən il səslənən bəzi şikayətlərə görə, də bir sıra namizədlərə özlərinin və yaxınlarının müstəqil mövqeləri ilə bağlı Vəkillər Kollegiyasi (VK) maneələr yaradır.VK Rəyasət Heyətinin sədri Anar Bağırov isə demişdi ki, vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG