Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:05

'Bəzi məhsulların niyə xaricdən gətirildiyini anlamaq çətindir' [media icmalı]


Bakıda ət bazarı
Bakıda ət bazarı

Ölkədə sosial təminat, idxalın artması, ixracın azalması və əhalinin təbəqələşməsi ilə bağlı müəmmalar şənbə, 24 fevral, 2018-ci il - medianın aparıcı mövzularındandır...

İdxal artır, ixrac azalır

Yeni Müsavat” qəzetində “Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır” sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə idxal-ixrac prosesləri ekspert Natiq Cəfərli ilə müzakirə edilir.

Müəllif Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2018-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 727 milyon 332 min dollar təşkil edib. İxrac 1 milyard 38 milyon 707 min dollara, idxal isə 688 milyon 625 min dollara bərabər olub. Nəticədə 350 milyon 81 min dollarlıq müsbət saldo yaranıb.

Buna da bax: Hadı Rəcəbli: 'Biz hər deyilən fikrə görə addım atmırıq'

Natiq Cəfərli
Natiq Cəfərli

Yazıda vurğulanır ki, burada pis tendensiya idxalın artması, ixracın azalmasıdır. 2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 53 faiz artıb, ixrac isə 6,3 faiz azalıb.

N.Cəfərli qəzetə deyib ki, təkcə idxal deyil, ixracla bağlı da problemlər davam edir:

“Yenə də ixracda enerji sektorunun payı 90 faiz civarındadır. Bu da onu göstərir ki, ixracla bağlı problemlər də davam edir. Qeyri-neft sektorunun ixrac potensialı çox aşağıdır. Hətta, ixracda dövlətin payı o qədər yüksəkdir ki, rəqəmsal olaraq həddindən artıq böyük görünür. İxracda 942 milyon dollar dövlətin payı var, cəmi 92 milyon özəl sektorun payına düşür”.

Buna da bax: Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]

Ekspert deyib ki, bəzi məhsullar var, onların nədən xaricdən idxal edildiyini anlamaqda çətinlik çəkir:

“Bu ilin yanvar ayında ölkəyə təxminən 13,5 milyon dollarlıq meyvə və tərəvəz idxal olunub. Həmçinin 5 milyon dollar dəyərində ət məhsulları idxal olunub, süd məhsulları ilə bağlı da vəziyyət eynidir”.

Varlılar, ortabablar, kasıblar

Novoye Vremya” qəzetində “Azərbaycanda kasıblar, varlılar, “ortabab”lar kimdir?” sualı gündəmə daşınır.

Yazıda ölkədə təbəqələşmədən bəhs edilir.

Müəllif öncə əhalinin orta təbəqəsini müəyyən etməyə çalışıb. Bundan ötrü beynəlxalq maliyyə institutlarının bu təbəqəyə aid etdiyi meyarları xatırladıb:

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

“Bu meyarlara əsasən bu təbəqə sabit gəlirə malik olmalıdır. Müəyyən qiymətli əmlaka (avtomobil və başqa texnika), ödənişli sosial xidmətlərdən istifadəyə, dünya səyahətinə çıxmaq imkanına yiyələnməlidir”.

"Artım". Şerif. Karikatura
"Artım". Şerif. Karikatura

Müəllif hesab edir ki, Azərbaycanda bazar iqtisadiyyatının mövcud olduğu bildirilsə də rəsmən təbəqələşmə ilə bağlı anlaşılmazlıq var:

“Bir tərəfdən bizdə əhalinin 5 faizi yoxsuldur. Özü də hələ ölkədə müəyyən edilməyib ki, konkret olaraq hansı gəlirə malik olan şəxs və ya ailə yoxsul təbəqəyə aid edilir. Varlılara gəlincə, ümumiyyətlə bizdə belə təbəqənin olmaması hissi yaranır, çünki, bu məsələdə statistika israrla susur. Bazar iqtisadiyyatı var, uğur qazanan sahibkarlar və bankirlər var, amma varlılar yoxdur”.

Buna da bax: Pensiyalar artdı, amma...

Yazıda vurğulanır ki, orta təbəqə ilə də bağlı statistik məlumatlar da aydın deyil. Müəllif müstəqil ekspertlərə istinadən bu sinfin sərhədlərini müəyyən etməyə çalışır:

“Müstəqil ekspertlərə görə, orta təbəqəni təmsil edən 4 nəfərlik ailənin aylıq 4 min manat gəliri, mənzili, əmlakı, nəqliyyat vasitəsi olmalıdır”.

Müəllifə görə, bu meyarları nəzərə alanda düşünmək olar ki, Azərbaycanda əhalinin cəmi 12 faizi orta təbəqəyə aiddir.

Yazıda vurğulanır ki, ölkədə orta təbəqənin mövcudluğu iqtisadi baxımdan çox dəyərlidir.

Müəllif hesab edir ki, məhz bu sinfin olmaması iqtisadi təlatümləri yaradır.

Yazıda vurğulanır ki, inkişaf etmiş ölkələrdə bu təbəqə əhalinin minimum 50 faizini təşkil edir.

Artan təqaüdlər, müavinətlər...

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

Azərbaycan” qəzetində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas məqsəd olaraq qalır” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, əhalinin sosial müdafiəsini gücləndirmək, həyat səviyyəsini yüksəltmək dövlətin ən ali vəzifələrindən biridi. Yazıda vurğulanır ki, bu sahədə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm nəticələri var.

Bankomata növbə
Bankomata növbə

Müəllif xatırladıb ki, fevralın 19-da müxtəlif kateqoriyalar üzrə prezident təqaüdləri artırılıb. Milli Qəhrəmanların təqaüdləri 1300 manatdan 1500 manata qaldırılıb, 20 Yanvar hadisələrilə bağlı əlil olan şəxslərin təqaüdlərinə isə 10 faiz əlavə edilib.

Yazıda qeyd edilir ki, sonrakı gündə prezidentin fəxri adlarla bağlı təyin etdiyi fərdi təqaüdlər də artırılıb. Habelə, istedadlı gənclərə verilən təqaüdlərə də əlavələr edilib.

Yazıda bildirilir ki, bu sərəncamlar mart ayını 1-dən qüvvəyə minir:

Buna da bax: Bir kəndlinin il ərzində əldə etdiyi gəliri aylara böləndə...

“Ümumiyyətlə, son vaxtlar ölkədə sosial məsələlərin həllinə diqqət daha da artıb. 2004-2017-ci illərdə əməkhaqqının 5, pensiyaların 8 dəfə artması, işsizliyin səviyyəsinin 5, yoxsulluğun səviyyəsinin 5,4 faizə enməsi məhz bu qayğının nəticəsidir”.

Yazıda iddia edilir ki, son illər yeni-yeni iş yerləri açılıb, regionların inkişafına böyük təkan verilib:

“Təkcə regionların sosial-iqtisadi inkişafına istiqamətlənən üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 yanvar 2018-ci il tarixinədək ümumilikdə 721,2 min olmaqla 530,4 min daimi iş yeri açılıb. İş yerlərinin 61 faizi özəl sektorda yaradılıb”.

XS
SM
MD
LG