Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'


Astara, Sakinlər ATM qarşısında.
Astara, Sakinlər ATM qarşısında.

Bu ildən Azərbaycanda pensiyalar inflyasiyadan yox, maaşlardan asılı olaraq artırılır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı təqribən 6 faiz artıb.

Artıq, Bakı ilə yanaşı rayonlarda da yanvar ayın pensiyaları verilib. Pensiya alanlar deyir ki, artım, hələlik, yoxdur.

«Bizi niyə aldadırlar?»

Buna da bax: İlham Əliyev: ‘İli uğurla başa vururuq’

Astara şəhər sakini, 80 yaşlı Məmməd Əliyevin deməsinə görə, pensiyanı yanvarın 24-də alıb:

Məmməd Əliyev
Məmməd Əliyev

«Dedilər ki, pensiyalar ayın 20-sinə kimi veriləcək. Verdilər 24-də, 25-də...Bunun səbəbi nədir? Bizi niyə aldadırlar? Artım da yoxdur. Nazir bir dəfə dedi ki, artım olacaq. Ondan sonra aydınlıq gətirmirlər. Bizə deyirlər ki, prezidentin sərəncamını gözləyirlər. Haçana kimi gözləməli olacağıq. Nazir dedi artım olacaq. Bəs hanı?»

Başqa bir pensiyaçı Xanməd Babayev də artımın olmadığını dilə gətirir:

«Yanvar ayın pensiyasını almışam. Verilən pensiya məni qane etmir...»

«Qazın, işığın qiymətlərinin artırılması biz təqaüdçüləri pis vəziyyətə salıb»

Buna da bax: BMT: Azərbaycan yeganə MDB ölkəsidir ki…

Astara şəhər sakini Camal İbrahimov da pensiyaların verilməsində gecikmələrin olduğunu deyir:

Camal İbrahimov
Camal İbrahimov

«Uzun müddətdir təqaüd alıram. Təqaüdlərin verilməsi gecikdirilir. Bu da xalqın narazılığına səbəb olur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dəfələrlə deyib ki, 6 faizdən çox artacaq, yaxşı olacaq, pensionerlər yaxşı yaşayacaqlar. Camaatın vəziyyəti çox pisdir. Ərzağın bahalaşması, qazın, işığın qiymətlərinin artırılması biz təqaüdçüləri pis vəziyyətə salıb. Biz möhtərəm prezidentdən xahiş edirik ki, pensionerlərə diqqətlə yanaşsın».

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

Qapçıməhəllə kənd sakini Höcət Yusubovun deməsinə görə, isə aldığı pensiya yaşayışına çatmır:

«Aldığım pensiya 10-15 günə bəs edir»

«Mənim 80-dan yuxarı yaşım var, bu yaşda qayğıya ehtiyacım artıb. Aldığım pensiya 10-15 günə bəs edir. Əvvəllər pensiyalar hər ayın birinci yarısında verilərdi. Sonra keçirtdilər ikinci yarısına. İndi də ayın sonunda verirlər. Yaşayış ağırdır. Bahaçılıqdır. Gah qazı kəsirlər, gah işığı kəsirlər. Fikirləşmirlər ki, evlərdə qocalar, körpələr var. Belə özbaşınalıq olar?»

Qaz ola-ola evdə odun sobası yandırdıqlarını deyirlər...

Buna da bax: Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır

Astara şəhər sakini Akif Məmmədovun da dilindən eyni gileylər eşidilir:

«Dükanlardan nisyə ərzaq almışdım, onların pulunu verdim. Cibimdə 5-6 manat qaldı. Evə təbii qaz gəlir. Ancaq çox vaxtı yandırmırıq. Çünki pulunu çatdırmaq olmur. Evdə odun sobası da var, odun yandırırıq. Deyirlər ki, pensiyalarda 6-7 manat artım olacaq. Onu verməsələr yaxşıdır. Yoxsa bir il danışacaqlar ki, pensiyanı artırmışıq».

Fonddan nə deyirlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Astara filialından isə bildirdilər ki, əmək pensiyaların artırılması ilə bağlı onlara, hələ ki, göstəriş gəlməyib.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Ancaq artımın fevralda veriləcəyi gözlənilir. Bundan əvvəlki illərdə də adətən artım, ilin ikinci ayından verilir. Yanvar ayının artımı da fevral ayının pensiyasının üstünə gəlir.

«Bəlkə ölkədə orta aylıq əməkhaqqının artım tempi aşağı düşdü?»

İqtisadçı Vidadi Mirzəyev əmək pensiyalarının artırılmasını müsbət qarşılayır. Lakin o hesab edir ki, pensiyaları indeksləşdirərkən bazardakı qiymətlər nəzərə alınmalıdır:

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

«Nazir məlumat verdi ki, pensiyaların baza və sığorta hissəsi ləğv olunur. Bu yaxşı haldır. O bildirdi ki, pensiyalarda bütöv məbləğ var, artırma da bütöv məbləğə tətbiq ediləcək. Pensiyalarda 7 faizə qədər artım olacaq. Nazir bildirdi ki, «250 manat pensiya alan 17,5 manat artım gözləsin». Bu artım 1 kiloqram kərə yağı etmir. Bu yolla da pensiyanı indeksləşdirirlər.Bəlkə ölkədə orta aylıq əməkhaqqının artım tempi aşağı düşdü? Onda pensiyalar artırılmayacaq? Axı bazarda bahalaşma davam edir».

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

«Varlı ölkə öz əhalisinə belə baxarmı?»

İqtisadçının fikrincə, verilən pensiyaların məbləği o ölkənin iqtisadi inkişafın göstəricisidir:

«Varlı dövlətik. Qazımız, neftimiz var. Varlı ölkə öz əhalisinə belə baxarmı? Hökumət bahalaşmanın qarşısını almalıdır. Bizdə isə hökumət bahalaşmaya rəvac verir. Benzini, qazı, işığı bahalaşdırdılar. Ölkəyə daxil olan bir çox istehlak mallarının gömrük rüsumunu bir neçə dəfə qaldırdılar. Əslində bahalaşma bazarda tələb və təkliflə bağlı olmalıdır. Bahalaşma gedir, pensiyalar isə yerində sayır».

Buna da bax:

Nə gündəsən, ay kənd kitabxanası [Video]
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG