Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 23:37

İlham Əliyev: ‘İli uğurla başa vururuq’


İlham Əliyev Sumqayıtda Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 15dekc2017

“Bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”.

Prezident İlham Əliyev bu gün, dekabrın 15-i Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərindəki çıxışında belə deyib.

Ölkə başçısı bu müəssisələrin gələcəkdə Azərbaycanda idxaldan asılılığın azaldılmasına böyük töhfə olacağını ifadə edib. O, xalçaçılığın və başqa sahələrin inkişafından bəhs edib.

Buna da bax: İlham Əliyevin hakimiyyətə gəlişi

İ.Əliyev Sumqayıt Kimya Parkının dünya miqyasında böyük bir sənaye mərkəzi olduğunu bildirib.

“Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq”.

Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Prezident Sumqayıtda görülən işlərdən razılıq edib.

“Vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik”.

İlham Əliyev başa çatmaqda olan 2017-ci ilin nəticələrindən də razılıq edib.

“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir”, - ölkə başçısı vurğulayıb.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində həmçinin, Bayraq Muzeyinin, Yeni Azərbaycan Partiyası yerli təşkilatının inzibati binasının, “Baku Steel Company”nin boruyayma zavodunun yenidənqurmadan sonra açılışına da qatılıb.

Ölkə başçısı Sumqayıtda Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.

Xatırlatma

Ancaq prezidentin iqtisadi inkişafla bağlı açıqlamalarını müstəqil iqtisadçılar şübhə ilə qarşılayırlar. Onlar rəsmi rəqəmlərə istinadən deyirlər ki, bu il yeganə MDB ölkəsi olaraq Azərbaycanda ümumi daxili məhsul azalıb. Habelə, ümumilikdə sənayedə də geriləmə var.

MDB-yə Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla keçmiş SSRİ-də olan müttəfiq respublikalar daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG