Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:08

BMT: Azərbaycan yeganə MDB ölkəsidir ki…


Artım. Karikatura

Azərbaycan bu il ÜDM-nin azaldığı yeganə MDB ölkəsidir və bu, neft hasilatının azalması, maliyyə sektorundakı problemlərlə bağlıdır. Yeni qaz yatağının işə salınması 2018-2019-cu illərdə artıma kömək edəcək. Bunu BMT qlobal artıma dair dekabrın 11-də açıqladığı “Dünyanın İqtisadi Durumu və Proqnozlar” adlı hesabatında bildirir.

GƏLƏN İLƏ ARTIM GÖZLƏNİR

Azərbaycanda ÜDM-nin bu il 1 faiz azaldığı qeyd olunur. Gələn ilə 1,8, 2019-cu iləsə 2,3 faiz artım proqnozlaşdırılır.

*** Buna da bax: ÜDM göstəriciləri açıqlanıb

Hesabatda MDB ərazisində inflyasiyanın xeyli fərqli göründüyü bildirilir – Ermənistanda inflyasiya sıfıra yaxın, Azərbaycan və Ukraynada isə ikirəqəmli qiymət artımı qeydə alınıb. Bir çox ölkələrdə valyuta məzənnələrinin möhkəmlənməsinin qiymətlərə təzyiqi azaltdığı vurğulanır.

Sənəddə Azərbaycanda və Ukraynada inflyasiyanın uyğun olaraq 12 və 15 faiz səviyyəsində qaldığı bildirilir.

Gələn il Azərbaycanda inflyasiyanın 5,9, 2019-cu ildə 7,5 faiz olacağı proqnozlaşdırılır.

Ölkədə işsizlik səviyyəsinin isə 5,2 faiz olduğu qeyd edilir.

DÜNYADA ARTIM QEYDƏ ALINIB

Dünyadakı iqtisadi artımın bu il 3 faizə yüksəldiyini qeyd edən BMT bunu 2011-ci ildən bəri ən yüksək göstərici adlandırır. Bu əsasən, Rusiya, Braziliya, Argentina və Nigeriyanın böhrandan özünə gəlməsiylə izah olunur.

*** Buna da bax: Naxçıvan ölkənin başqa bölgələrindən fərqlənir

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zhenim artımdakı yüksəlişi “daha sağlam iqtisadiyyatın xoş əlaməti” adlandırıb.

Ancaq BMT rəsmisi xəbərdarlıq edib ki, bu artım “ətraf mühitin hesabına da başa gələ bilər”, özəlliklə də, istixana qazlarını miqdarı yüksələ bilər. Son illər qlobal iqtisadiyyatın ləng inkişafı atmosferə buraxılan qazların səviyyəsini də sabit saxlamışdı.

Hesabatda dünyada neftin bahalanmasının Rusiya iqtisadiyyatına yardım etdiyi bildirilir. Dekabrın 11-də Brent markalı xam neftin barreli 65 dollara satılıb ki, bu da 2015-ci ilin iyunundan ən yüksək qiymətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG