Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:19

Naxçıvan ölkənin başqa bölgələrindən fərqlənir


Naxçıvan

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) 1 milyard 949 milyon manat olub.

Bu barədə AZƏRTAC muxtar respublika Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, bir il öncəki göstəricidən 1.6 faiz çoxdur.

«Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilin uyğun dövrünə nisbətən 5.5 faiz artaraq 4327.4 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28.2 faizlik payla sənaye tutub», - məlumatda vurğulanır.

Muxtar respublika Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub . Bu da əvvəlki ilin analoji dövründəki göstəricini 1.3 faiz üstələyib.

Bütünlükdə isə Azərbaycanda sənayedə geriləmə olduğu bildirilir. Üstəlik, Dövlət Statistika Komitəsi açıqlayıb ki, bu ilin 9 ayında Azərbaycanda ÜDM 1 faizə yaxın azalıb. Ötən il isə bu azalma 4 faizə yaxın olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG