Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Pensiyalar artdı, amma...


Astara şəhər sakini, Camal İbrahimov, pensiyaçı
Astara şəhər sakini, Camal İbrahimov, pensiyaçı

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

Prezident İlham Əliyev bu gün, fevralın 9-u bununla bağlı sərəncam imzalayıb.

Sənəddə sərəncamın pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə verildiyi bildirilir.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir. Bundan əlavə, nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Buna da bax: N.Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

Buna qədər Azərbaycanda hər il pensiyaların sığorta hissəsi inflyasiyadan asılı olaraq artırılırdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əməkhaqqı 6 faizdən bir qədər çox, inflyasiya isə 13 faizə yaxın olub.

Ekspert şərhi

“Bizim ölkəmizdə nə doğrudur ki, bu sahədəki tənzimləmələr doğru olsun”, – prezidentin sərəncamını AzadlıqRadiosu-na şərh edən iqtisadçı Natiq Cəfərli belə deyib.

İqtisadçı vurğulayıb ki, qaydalar hökumətin əlindədir.

O, hesab edir ki, bu sərəncamdan sonra artım 6, 6.5 faiz olacaq. Bu da hökumətə bir qədər qənaət etməyə imkan verəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG