Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Bir kəndlinin il ərzində əldə etdiyi gəliri aylara böləndə...


Astarada çəltik sahəsində çalışan kəndli qadın
Astarada çəltik sahəsində çalışan kəndli qadın

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadənin fevralın 13-də Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransındakı çıxışı hələ də müzakirə mövzusudur.

Ziyad Səmədzadə vergi ödəyicilərinin sayının artırılmasından danışmışdı. Bundan sonra aqrar sektorun da vergiyə cəlb olunub-olunmaması ətrafında müzakirələr artdı.

Deputat Vahid Əhmədov aqrar sektora vergi tətbiq olunacağı haqda məlumatların həqiqət olmadığını bildirib.

Vahid Əhmədov
Vahid Əhmədov

“Əlavə vergidən söhbət gedə bilməz”

“Bu məsələ hökumətin gündəmində yoxdur. Əksinə, dövlət kənd təsərrüfatına dotasiya verir, güzəştlər edir və nəticədə aqrar sektorda inkişaf yaranıb, müəyyən qədər ixrac potensialı artır. Hazırda pambıqçılığın, çayçılığın, ipəkçiliyin dotasiyası varsa, hansı vergiyə ehtiyac ola bilər?! Aqrar sektorda yalnız torpaq vergisi var, o da xırda bir şeydir”.

Buna da bax: Astarada əliqabarlı fermer dövlətdən nə istəyir...

Deputat deyib ki, kənd əhalisinin vəziyyətini yaxşılaşdırmaqdan ötrü prezidentin apardığı siyasət doğrudur, ona görə əlavə vergidən söhbət gedə bilməz.

İqtisadçı Nemət Əliyev isə hesab edir ki, aqrar sektorun vergilərə cəlb olunması həm kəndlilərin durumuna, həm də bu sahəyə çox ciddi zərbə ola bilər.

“Kəndlinin torpaqda işləməyə marağı qalacaqmı?”

O, fikrini belə əsaslandırıb:

Nemət Əliyev
Nemət Əliyev

“Bir kəndli il ərzində çalışırsa, əldə etdiyi gəliri aylara böləndə ən yaxşı halda 35-40 manat olur. Belə bir vəziyyətdə kəndli dövlətin büdcəsinə hər hansı vergi ödəmək məcburiyyətində qalsa, sosial vəziyyəti necə olacaq? Ümumiyyətlə, kəndlinin torpaqda işləməyə marağı qalacaqmı? Bu mənada aqrar sektorun vergilərə cəlb olunmasının heç bir mənası olmayacaq”.

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

N.Əliyevin sözlərinə görə, vergi sahibkarın, fermerin gəlirinin yüksək olduğu zaman tətbiq olunmalıdır:

“Amma hökumətin yarıtmaz siyasəti nəticəsində kəndlərdə torpaqların münbitliyi əhəmiyyətli dərəcədə itirilib. Faktiki olaraq torpaqlar məhsul vermə qabiliyyətindən məhrum olublar. Belə bir şəraitdə vergilərin tətbiqinin heç bir perspektivi yoxdur. Baxmayaraq ki, kənd təsərrüfatı adına, xüsusən torpaqların meliorasiyası, şoranlaşmasının qarşısını almaq üçün kağız üzərində milyardlarla manat ayrılıb”.

İqtisadçı vurğulayıb ki, gözlənilmədən kənd təsərrüfatında çalışanların vergilərə cəlb olunmasını gündəmə gətirməyin hansı məqsəd daşıdığı araşdırılmalıdır:

Buna da bax: Pambıqçı: '6 ay işləyirsən, sənə 500-600 manat qalırsa, böyük şeydir' [video]

“Axı son statistik məlumatlara görə iqtisadiyyatda inkişaf yaranıb. Amma gerçəklik əksini göstərir. Məsələn, yanvarda Ümumi Daxili Məhsulda (ÜDM) 2 faiz artımın olduğunu qeyd edirlər, bu, yalandır. Yaxud əhalinin nominal gəlirlərinin təxminən 10-11 faiz artması barədə məlumat da real deyil. Əslində, hər şey əksinə olduğundan, aqrar sektora vergi tətbiq etmək niyyətlərini gündəmə gətirirlər. Halbuki, başqa sahələrdən vergi toplanmalıdır. Araşdırmalarımıza görə, bəzi iri qurumlar lazımı səviyyədə vergi ödəmirlər. Aqrar sektoru vergiyə cəlb etməklə nə dövlət büdcəsini doldurmaq olar, nə də iqtisadiyyatın inkişafına nail olmaq mümkündür”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG