Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Astarada əliqabarlı fermer dövlətdən nə istəyir...


Fermer Zeydulla Cəbiyevin qabarlı əlləri
Fermer Zeydulla Cəbiyevin qabarlı əlləri

Kənd təsərrüfatı məhsulu istehsal edən «Şindan» kooperativinin sədri Zeydulla Cəbiyevin dövlətdən istəkləri var.

Onun deməsinə görə, problemləri çox olsa da ötən il kifayət qədər kənd təsərrüfatı məhsulu tədarük edib:

«Kollektiv təsərrüfatın 55 hektar torpaq sahəsi var. Bunun 46 hektarı dağ, 9 hektarı isə aran ərazisində yerləşir. Kooperativin 48 baş iribuynuzlu, 461 baş xırdabuynuzlu, 40 arı ailəsi var. Torpaqlarımız dəniz səviyyəsindən 1500-1800 metr hündürlükdə yerləşir. Burda iqlim sərtdir. Soyuqlar tez düşür, qar hər yanı örtür. Buna görə də çətindir...»

Buna da bax:​ Prezidentin cənub rayonlarına səfərinin pərdəarxası...

«Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər»

Onun sözlərinə görə, ötən il nə güzəştli yanacaq, nə də yardım alıb:

Kooperativ sədri Zeydulla Cəbiyev
Kooperativ sədri Zeydulla Cəbiyev

«Təsərrüfatımda işləyənlərə günəmuzd əmək haqqı verirəm. Dağ şəraitində 150 nəfərdən çox adamı yaşadıram. Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər».

«Otlaq sahələrini imkanlı adamlara verirlər»

Sahibkar deyir ki, onlara dəstək olmadığına görə, borcları artır:

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

«Otlaq sahələrini imkanlı adamlara verirlər. Onlar da otu baha qiymətə satırlar. Müraciət etmişəm ki, mənə də otlaq sahəsi verilsin. Oradan yığılan otla mal-qaranı saxlayım. Vermirlər. Dağ ərazisində zəncirli traktorlar ləng işləyir. Yanacaq çox istəyir. Müraciət etmişəm ki, mənə təkərli traktor versinlər, hərə bir qiymət deyir. İnanın ki, qazandığım pulların çoxu xərclərə gedir. Cüzi hissəsi qalır...»

«İnanın ki, özüm də fəhlələrlə birlikdə işləyirəm»

Zeydulla Cəbiyev qovluğa topladığı sənədləri, məktubları bir-bir göstərir:

«Yerli icra orqanlarına dəfələrlə müraciət etmişəm. Mənə deyirlər ki, bu qədər mal-qaran var, sat texnika al. Bir dənə texnika almaq üçün mal-qaranın yarısını gərək satam. Sonra onun yerini necə doldurum? Sonra deyirlər ki, sənin təsərrüfatın böyükdür, qazancı da çox olmalıdır. Problemləri əldə etdiyin qazancla həll et. Təsərrüfatı genişləndirmək istəyirəm ki, davamlı olsun. İnanın ki, özüm də fəhlələrlə birlikdə işləyirəm. Əllərimə baxın...»

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

«Qışda dilənçi yazda isə əkinçiyik»

O qabarlı əllərini göstərir: «Belə vəziyyətdə qışda dilənçi, yazda isə əkinçiyik».

Sahibkar deyir ki, problemlərlə bağlı Astara Rayon İcra Hakimiyyətinə də müraciət edib.

Camışlar. Astara. Artupa kəndi
Camışlar. Astara. Artupa kəndi

İcra Hakimiyyəti və bələdiyyənin cavabı

O, bizə İcra hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsindən aldığı cavab məktubunu təqdim edir.

Məktubda yazılıb:

«Sizə sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlavə torpaq sahəsinin ayrılıb icarəyə verilməsindən ötrü Kijabə bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. Gələcəkdə boş torpaq sahəsi olarsa, sizə torpaq sahəsinin ayrılıb icarəyə verilməsi barədə müvafiq köməklik göstəriləcək».

Buna da bax:​ 'Ölkə təkər qaraldan, ofisiantlıq edən alitəhsilli gənclərlə doludur'

Astara rayon icra hakimiyyətindən əlavə olaraq bildirdilər ki, Zeydulla Cəbiyev kənd təsərrüfatına edilən güzəştlərlə bağlı uyğun orqanlara müraciət edə bilər:

«Kənd Təsərrüfatı idarəsinə müraciət etsin, biz nəzarətdə saxlayarıq».

Kijabə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov də sahibkarın onlara torpaqla bağlı müraciət etdiyini inkar etmir:

«Bir neçə dəfə bizdə olub. Bələdiyyənin 56 hektar torpaq sahəsi var. Bu sahələr məndən əvvəl icarəyə verilib. Bir icarəçinin müqavilə müddəti bitir. O istəməsə 5 hektarı Zeydulla Cəbiyeva verərik. Hələlik, vəziyyət belədir».

Buna da bax: Prezident: “İşləmək istəyən özü üçün iş tapar”

Sahibkar istədiyi cavabı almadığından birinci vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Həmin məktubda isə yazılır:

Fermer birinci vitse prezidentə yazır

«Rəhbərlik etdiyim «Şindan» kooperativinin əldə etdiyi göstəriciləri sizə göndərirəm. Əlaqədar təşkilatlar mənə yardım etsəydilər əldə etdiyimiz nailiyyətlər daha çox olardı. İribuynuzlu mal-qaranın sayını artırmaq, camışçılığı inkişaf etdirmək istəyirəm. Bunun üçün mənə otlaq sahəsi lazımdır. Yeni texnikaya ehtiyacım var...»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG