Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]


Prezident Administrasiyası vətəndaşlardan şikayət edir: Kim kimi bezdirir?
Gözlə

No media source currently available

0:00 0:14:33 0:00

Prezident Administrasiyası vətəndaşlardan şikayət edir: Kim kimi bezdirir? [A-Live]

Azərbaycanda vətəndaşın prezident administrasiyasına şikayəti necə araşdırılır?

Publika.az saytı fevralın 14-də yazır ki, administrasiyanın şöbə müdiri Süleyman İsmayılov bildirib ki, adamlar bura təkrar-təkrar müraciət edir.

Şöbə müdiri qeyd edir ki, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətlərinə müxtəlif instansiyalardan əsaslı cavablar alırlar, amma yenə təkrar müraciət edirlər, qəbula gəlməkdə davam edirlər.

Süleyman İsmayılov
Süleyman İsmayılov

Almaniyada işlənmiş təkər gətirib Bakıda satan sahibkarlar da keçən ay prezident administrasiyasının qarşısında etiraz aksiyası keçirmişdilər. Onlar administrasiyaya məktub da yazıblar.

Buna da bax: Yeni rüsumdan işlənmiş şin alverçilərinin işi 'təkərə düşüb

Sahibkarlar təkərə qoyulan idxal rüsumunun üç dəfə qaldırılmasına etiraz edirlər, deyirlər ki, belə bahalanmadan heç xəbərləri olmayıb, təzə mal vurub, ziyana düşüblər. Bəs, rüsumu qaldıran Nazirlər Kabineti, icra edən Gömrük Komitəsinə müraciət etmək yetməyibmi ki onlar prezident aparatına müraciət ediblər?

Əfqan Əkbərov:

“Getdik Gömrüyə bizi geri qaytardılar, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına getdik. 22 dəfə getmişik. Necə olur ki, yuxarıda duranlar heç biri eşitmədi, heç bir reaksiya vermədi?! Xalqı ayaq altına salan məmurlar orda kef edirlər. Bizə heç bir cavab verməyiblər. 2014-cü ilin qanununu yazıb göndəriblər bizə. Mən evimi satıb rüsum kimi dövlətə verməli oldum”.

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

Sahibkarlar həm də 1-ci vitse prezident Mehriban Əliyevaya müraciət ediblər.

Prezident administrasiyası və 1-ci vitse-prezidentin son şikayət ünvanı kimi tanınması ilk dəfə deyil. Prezident administrasiyasının qarşısı həm də etiraz aksiyalarının keçirildiyi məkandır.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adına sosial şəbəkələrdə olan hesablara da çoxlu belə şikayətlər yazılır.

Bəs camaat niyə ümidini ölkənin hakim ailəsinə bağlayır?

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, prezident administrasiyasına müraciətlərin səbəbi budur ki, problemlər aşağı instansiyalarda həll olunmur, insanlarda dövlət orqanlarına inam itir, onlar da üz tuturlar prezident administrasiyasına.

Rəşad Həsənov
Rəşad Həsənov

Məhkəmələr tez-tez haqsız qərarlar qəbul edir, tərəfsiz olmur, onların işinə kənar müdaxilələr qoyulur. Halbuki, bu problemlər həll olunarsa, dövlət idarələrinə də inam artar, həm də ümumilikdə iqtisadiyyata əlavə qoyuluşlar edilər.

Prezident administrasiyasının şöbə müdiri Süleyman İsmayılov bildirib ki, administrasiyaya şikayət daha çox icra hakimiyyətləri, bələdiyyələr, sosial müdafiə, torpaq, səhiyyə və bank haqdadır.

Buna da bax: Ərəstun Oruclu: 'Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var'

Biz Bakı sakinlərini də müzakirəyə qoşmuşuq, onlardan soruşmuşuq ki, şikayətiniz olanda hansı dövlət orqanlarına müraciət edibsiniz? Şikayətiniz necə araşdırılıb?:

Təhlilçi Rəşad Həsənov deyir ki, əgər vətəndaşları müdafiə mexanizmləri gücləndirilməsə, şikayətlər daha da artacaq. O təklif edir ki, ombudsman aparatı təkmilləşdirilsin, Qərbdə olduğu kimi şikayətləri ixtisaslaşmış vasitəçilər araşdırsın.

Son illər, xüsusilə də manatın iki dəfə ucuzlaşması, bankların ard-arda bağlanması ilə vətəndaşların dövlət orqanları və media təşkilatlarına şikayətlərinin də kəskin artdığı hiss edilir. Hətta, prezidentin tapşırığı ilə nazirlər və komitə rəhbərləri tez-tez bölgələrə gedib region əhalisinin də problemlərini dinləməlidirlər. Amma elə bölgələrdə də nazirlərin qəbuluna düşə bilməyənlərdən çox sayda şikayətlər media olaraq bizə də ünvanlanır.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

Son illər vətəndaşların hüquqlarını məhkəmələrdə müdafiə edəcək vəkillərin də sayı kəskin azalıb. Bir neçə ay əvvəl nümayəndəlik institutu ləğv olunduğundan artıq əvvəlki kimi bütün hüquqşünaslar adi vətəndaşları mülki işlərdə belə vəkil kimi müdafiə edə bilmirlər.

Buna da bax:

Prezident Aparatı qarşısında etiraz - Gömrük rüsumlarına görə
Gözlə

No media source currently available

0:00 0:08:36 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG