Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

Azərbaycanda yoxsullar Rusiyadan da azdır? [media icmalı]


"Düşünən bankomat". Karikatura. Gündüz Ağayev.

Ölkədə təhsil müəssisələrinin vəziyyəti, heyvandarlıqda idxaldan asılılıq və ölkədə yoxsulluğun səviyyəsi ilə bağlı rəsmi statistikaya şübhə 6 yanvar, 2018-ci ildə medianın aparıcı mövzularındır...

Heyvandarlıq idxaldan asılıdır

Exo” qəzetində “Ekspert: Azərbaycan əsas problemləri 2018-ci ildə həll edə bilməyəcək” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə qeyri-neft sektorunun durumunu ekspert Fuad Əlizadə ilə müzakirə edib.

F.Əlizadə deyib ki, 2015-ci ildən etibarən hökumət pambıqçılıq, fındıqçılıq, ipəkçilik, tütünçülük, üzümçülük, çayçılıq kimi sahələrin dirçəlməsindən ötrü səy göstərir:

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

“2017-ci ildə bu sahələrdə böyük iş görülüb. Nəticə müsbət dinamikadan danışmağa əsas verir. 200 min tondan çox pambıq yığılıb. Bu, 2016-cı il ilə müqayisədə 2,5 dəfə çox məhsul deməkdir...”

F.Əlizadə vurğulayıb ki, fındıq ixracına görə, Azərbaycan 2017-ci ildə dünyada üçüncü yerə yüksəlib.

"Pambıq". Karikatura. Gündüz Ağayev.
"Pambıq". Karikatura. Gündüz Ağayev.

Amma bununla belə F.Əlizadə düşünür ki, aqrar sahədə həllini tapmayan bir sıra məsələlər var:

Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

“Məsələn, bizdə heyvandarlıq zəif inkişaf edib. Təbii ki, bu da süd məhsullarının istehsalına mənfi təsir göstərir. Bu sahədə biz idxaldan asılıyıq. Heyvandarlıq məhsullarının istehsalında 2,8 faiz artım var. Amma bu yetərli deyil və yem bazasının çatışmazlığı müşahidə edilir”.

Ekspert vurğulayıb ki, bu sahədə məhsul istehsalının artması təkcə idxaldan asılılığı aradan qaldırmaz, eyni zamanda bu qiymətlərin düşməsinə və məşğulluğun artmasına səbəb ola bilər.

Amma ekspert bütün bu məsələlərin 2018-ci ildə yoluna qoyulacağına inanmır.

Azərbaycanda yoxsulluq 5,6 Rusiyada 13,5 faizdir...

Novoye Vremya” qəzetində diqqəti “Azərbaycanda yoxsulluğu necə “aradan” qaldıraq” sərlövhəli yazı cəlb edir.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

Yazıda bildirilir ki, ölkədə yoxsulluğun səviyyəsi düzgün müəyyən edilməyib.

Müəllif vurğulayıb ki, hökumətin bildirdiyinə görə, ölkədə yoxsulluğun səviyyəsi 5,6 faiz həddindədir. Amma rəsmi məlumatlar aydın deyil: “Bu il 130 manat həcmində təyin edilən minimum əməkhaqqı mövqeyindən yanaşaraq ölkədə yoxsulluq həddinin yüksək olmasını sübut etmək mümkündür. Amma məsələ budur ki, ölkədə yoxsulluğun həddi neçə illərdir ki, dəyişməz qalır”.

Buna da bax: Azərbaycan ərzağa ən çox pul xərclənən ölkələr arasındadır

Yazıda bildirilir ki, vətəndaşların rifah halı adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi, orta aylıq maaş, minimum əməkhaqqı ilə müəyyən edilir. Amma müəllifin düşüncəsinə görə, Azərbaycanın sadalanan məsələlərlə bağlı MDB ölkələrindən belə geri qalır:

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

"Əcəb epoxaya düşmüşük!". Karikatura. Gündüz Ağayev.
"Əcəb epoxaya düşmüşük!". Karikatura. Gündüz Ağayev.

“Orta aylıq maaş məsələsində Azərbaycan Rusiyadan, Qazaxıstan və Belorusdan, hətta Gürcüstandan da geri qalır”.

Müəllif vurğulayır, bir çox sosial göstəricilər üzrə Azərbaycan Rusiyadan geri qalır. Amma Rusiyada rəsmi məlumata görə, yoxsulluq səviyyəsi13,5 faizə bərabərdir.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Yazıda bu günlər baş nazirin müavini Əli Həsənovun “ölkədə 2020-ci ilə kimi bir yoxsul da qalmayacaq” sözləri də xatırladılır.

Müəllif yazır ki, gerçək yanaşılsa dünyada yoxsulluğun olmadığı “tək-tük” ölkələr var:

“Amma Azərbaycan öz sosial-iqtisadi göstəricilərinə görə həmin ölkələrə yaxın belə düşə bilmir. Belə olan halda ölkədə yoxsulluğun 2020-cilə kimi sıfırlanacağı kimi “gəlişi gözəl” bəyanatı necə səsləndirmək olar?”.

Yazıda vurğulanır ki, statistika üzərində manipulyasiya ilə vəziyyəti dəyişmək mümkün deyil.

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

Təhsilə qayğı

Azərbaycan” qəzetində isə “Ötən il 71 məktəb tikilib, 500-ə yaxın təhsil ocağı təmir olunub” sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğı artıb. Müasir məktəb binaları tikilir, əsaslı təmir işləri aparılır və yeni korpuslar inşa olunur:

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

“Diqqətçəkən məqamlardan biri odur ki, bu işlər təkcə paytaxtı deyil, bölgələri də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində nəzərdə tutulan mühüm layihələrə Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstək də, təbii ki, təhsilin əsaslı təməl üzərində qurulmasına hesablanan siyasətin prioritetlərindəndir”.

İlham Əliyev Bakının 20 nömrəli məktəbində, 15.09.2017
İlham Əliyev Bakının 20 nömrəli məktəbində, 15.09.2017

Müəllifə görə, ölkədə təhsilin inkişafına göstərilən qayğı təsadüfi deyil. Yazıda qeyd edilib ki, son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası bu prosesi daha da sürətləndirib.

Buna da bax: “Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”

Müəllif vurğulayıb ki, birinci vitse-prezident Mehriban Əliyeva son 13 ildə gördüyü işlərlə bütün dünyada maarifçilik xəttinin mükəmməl örnəyini yaradıb:

“Ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd edib ki, iqtisadi tərəqqi və insan hüquqlarının etibarlı təminatı baxımından yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz təhsilə qayğı sayəsində əldə edilib”.

Yazıda bildirilir ki, 2017-ci ildə bütün mənbələr hesabına ölkədə 71 məktəb inşa edilib. Onlardan 61-i modul tiplidir. Bundan başqa, il ərzində 500-ə yaxın məktəb əsaslı və cari təmirdən çıxıb.

XS
SM
MD
LG