Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:50

Azərbaycanda yaxın dörd ildə əmək haqlarında ciddi artım gözlənilmir.

Maliyyə Nazirliyinin bu günlər təqdim etdiyi gələn il üzrə dövlət büdcəsi layihəsinə əsasən, ölkədə orta aylıq əməkhaqqı 549 manat 70 qəpik proqnozlaşdırılır. Bu, 2017-ci ildən təqribən 25 manat və ya 4.7 faiz çoxdur.

Halbuki, bu il inflyasiya ikirəqəmli proqnozlaşdırılır. Ərzaq məhsullarının artıq 18 faiz bahalaşdığı açıqlanıb.

Qarşıdakı 3 illə bağlı icmal büdcəsi layihəsinin göstəricilərinə görə, 2021-ci ildə orta aylıq əməkhaqqının 585.50 manata çatacağı nəzərdə tutulur. Bu, gələn il üzrə proqnozdan isə 6.5 faiz çoxdur.

Hazırda rəsmi rəqəmlərə görə, ölkə üzrə nominal əməkhaqqı 523 manat təşkil edir.

Bu günlər Maliyyə Nazirliyi 2018-ci ilin büdcə layihəsini və növbəti 3 il üzrə icmal büdcənin göstəricilərini bəyənib. Həmin il üzrə büdcə gəlirləri 20.127 mlrd, xərcləri isə 20.905 mlrd manat nəzərdə tutulur.

Bu ilin dövlət büdcəsində isə gəlir 16 mlrd. 766 mln. manat, xərclər isə 18 mlrd. manata yaxın proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG