Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:34

'Statistikada yoxsulluq 10 dəfə azaldılıb' [mətbuat icmalı]


"Sovetski küçələrində". Foto: Cahangir Yusif, 01yan2013
"Sovetski küçələrində". Foto: Cahangir Yusif, 01yan2013

Azərbaycan-Türkiyə münasibətləri, yoxsulluq meyarlarının düzgün müəyyən olunması və pensiya artımının inflyasiya ilə ayaqlaşmaması bu gün (04 noyabr, 2017-ci il) medianın aparıcı mövzusudur...

Yoxsullu “varlı” kimi göstərən indikatorlar

Exo” qəzetində “Beynəlxalq standartlar üzrə Azərbaycanda yoxsulluq səviyyəsi ‘uçur’” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə yoxsulluq səviyyəsini ekspertlərlə müzakirə edir.

“Rəsmi statistikaya əsasən ölkədə yoxsulluq cəmi 5 faiz təşkil edir. Bu da təqribən 500 min nəfər insanın yoxsul olması deməkdir. Bütün problem isə ondadır ki, Azərbaycanda yaşayış minimumunu hesablayan indikatorlar çoxdan köhnəlib və indiki reallıqlara uyğun gəlmir. Hökumət də məhz bu alət və rəqəmlərlə “oynayaraq” faktiki real yoxsulluq səviyyəsini təqribən 10 dəfə azaldıb”, – deyə ekspertlər qəzetə bildiriblər.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Ekspertlər vurğulayıblar ki, bir çox ölkələrdə yaşayış minimumu Azərbaycandan fərqli hesablanır. Buraya təkcə ərzaq yox, kommunal, nəqliyyat, internet xidmətləri, istirahət, mütaliə və səhiyyə xərcləri daxil edilir:

Arxiv fotosu
Arxiv fotosu

“Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda aylıq gəlirləri 195 avrodan (bu isə təqribən 400 manat deməkdir) az olan vətəndaşlar yoxsul sayılır. Azərbaycanda yaşayış minimumunu hesablama indikatorları beynəlxalq standartlara uyğunlaşdırılsa Azərbaycanda yoxsulluq səviyyəsi sadəcə ‘uçar’”.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Ekspertlərə görə, dövlət qulluqçularının böyük əksəriyyəti ən minimal əməkhaqqı alırlar. Bura müəllimlər və həkimləri də aid edirlər.

Müəllif xatırladır ki, 2018-ci il dövlət büdcəsi layihəsində Azərbaycanda yaşayış minimumu 173 manat həcmində müəyyən edilib

Pensiya az artır, inflyasiya çox

Novoye Vremya” qəzetində “Pensiyalar qalxır, bəs pensiyaçıların həyat səviyyəsi necə?” sualına cavab axtarılır.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

Yazıda mövcud pensiyaların yaşayışa yetərli olub-olmaması təhlil edilir.

Müəllif qeyd edir ki, 2018-ci il ölkədə pensiyaların cüzi artırılması nəzərdə tutulur:

"ATM". Karikatura. Gündüz Ağayev
"ATM". Karikatura. Gündüz Ağayev

“Rəqəmlərdən görünür ki, layihə müəllifləri yüksək nikbinliyə malikdirlər, amma nikbinlik heç nəyə söykənmir. İl ərzində orta aylıq pensiyanın 3.6 faiz artması elə də yüksək rəqəm deyil. Məgər əlavə edilən 7 manat nəyisə dəyişirmi? Unutmaq olmaz ki, inflyasiya bir göz qırpımında bu əlavəni “yeyəcək”. Əməkhaqlarının, maaşların artması qiymət və inflyasiya artımından çox geridə qalır. Büdcə müəllifləri bu həqiqəti ya əsas götürmürlər, ya da əsas götürə bilmirlər”.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında [yenilənib - tam mətn]

Yazıda bir məqama da diqqət çəkilir. Müəllif vurğulayır ki, layihədə inflyasiya 6,1 faiz həddində götürülub.

Yazıda qeyd edilir ki, bunun nəyə əsasən hesablandığı başa düşülən deyil. Müəllif yazır ki, son illər Azərbaycandan ötrü birrəqəmli inflyasiya sadəcə olaraq arzudur:

“Deməli 14 faizlik inflyasiya birdən 6 faizə enəcək. Daha sonra isə 3 faizə qədər də aşağı düşəcək. Bu ancaq fantastikadır. Biz də istərdik inflyasiya azalsın, amma istəmək azdır”.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Müəllif hesab edir ki, pensiya və maaşlar inflyasiya həddində artırılmalıdır. Belə isə gələn il pensiyalar azı 30-40 manat artırılmalıdır:

“Belə pensiya və belə qiymətlərlə büdcənin sosial yönümlü olmasından danışmaq gülməlidir. Pensiyaçıların həyatını əsassız rəqəmlər səsləndirməklə yüngülləşdirmək mümkün deyil. Bu durumu ancaq inhisarı aradan qaldırmaqla, real islahatlarla dəyişmək olar”.

Ən etibarlı müttəfiqlər-Azərbaycan və Türkiyə

Azərbaycan” qəzetində “Strateji tərəfdaşlığın ali zirvəsi” sərlövhəli yazıda Azərbaycan Türkiyə münasibətləri dəyərləndirilir.

Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı zamanı, 30Okt2017
Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı zamanı, 30Okt2017

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Müəllif yazır ki, Türkiyə Azərbaycanın ən etibarlı strateji müttəfiqidir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında Türkiyə ilə münasibətlər xüsusi rol oynayır.

Yazıda həmçinin vurğulanır ki, Azərbaycanın regionda reallaşdırmaq istədiyi qlobal layihələrdə Türkiyə ən yaxın iştirakçıdır:

“Azərbaycan regiondakı qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Birlikdə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, TANAP (Trans Anadolu Qaz Kəməri) və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki qardaş ölkəyə böyük dividendlər verir”.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

Yazıda daha sonra bildirilir ki, iki ölkə arasında sərmayə qoyuluşu yüksəlməkdədir. Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Yaxın gələcəkdə Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayənin 20 milyard dollara çatdırılması planlaşdırılır.

Müəllif bu münasibətlərin səviyyəsi barədə dövlət başçısı İlham Əliyevdən sitat da gətirir:

“Əminəm ki, TANAP (Azərbaycan qazını Avropa nəqlə edəcək Cənub Qaz Dəhlizi layihəsinin bir qolu-AR) layihəsi yaxın zamanlarda başa çatacaq, bu layihənin icrası ilə bağlı heç bir problem yoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə artıq istismara verildi. Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir”.

Pensiyalar bu qədər arta bilər
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

XS
SM
MD
LG