Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]


Tələbələrin təqaüdləri kəsilir?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Tələbələrin təqaüdləri kəsilir? [A-Live]

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev noyabrın 1-də, öz "Facebook" hesabında yazır ki, təqaüdlər üçün nəzərdə tutulan vəsait azaldılıb.

2018-ci ildə tələbə təqaüdlərinə təqribən 34 milyon manat nəzərdə tutulur. Halbuki, 2017-ci ildə bu vəsait bundan 60 faiz çox idi.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzadlıqRadiosu-na deyir ki, təqaüd büdcəsinin azalması barədə məlumatla tanış deyil. Bununla belə, o bildirir ki, tələbə təqaüdü azaldılmayacaq. Amma ola bilər təqaüd alan tələbələrin sayı azala, ya arta bilər.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Milli Məclisin “Elm və Təhsil” komitəsinin üzvü Asim Mollazadə deyir ki, büdcə layihəsinin bu hissəsi ilə hələ ki, tanış deyil, təqaüd büdcəsinin azalması haqda məlumatı yoxdur, amma olarsa belə, müzakirələrdə bunun əleyhinə çıxacaq:

Asim Mollazadə
Asim Mollazadə

“Mən təklif edəcəm ki, belə azalma olmasın. Bu hələ layihədir. Ola bilsin, artsın. Hələ ki, bu mənim öz fikrimdir, amma komitədə mən bu məsələni qaldıracağam”.

Hazırda təqaüdü dövlət hesabına, ödənişsiz oxuyanlar alır, APA agentliyi keçən ilin avqustunda təhsil naziri Mikayıl Cabbarova istinadla xəbər verir ki, Azərbaycanda tələbələrin 60 faizindən çoxu ödənişli əsaslarla təhsil alır.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Təqaüdlər, tələbənin təhsil göstəricisinə uyğun olaraq 50-100 manat arasında dəyişir.

Tələbələrin pul kisəsində durum necədir? Nəyə pulları çatır, nədən korluq çəkirlər?

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

AzadlıqRadiosu, Bakıda müxtəlif universitetlərin qarşısında sorğu keçirib. Tələbələr indiki təqaüdlərindən razıdırlarmı?

Təqaüd büdcəsi azalsa, tələbə üçün nə dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Bakıda, tələbələr puldan korluq çəkdiklərini deyirlər. Almaniyada təhsil almış həmsöhbətimiz Nicat Məmmədbəyli isə təqaüdündən razıdır. O, Saarland Universitetinin hüquq üzrə magistr pilləsini yenicə bitirib. Deyir ki, 750 avro, təqribən 1480 manat təqaüd alıb, bu da onun xərclərinə bəs edirdi. O, bir beynəlxalq təqaüd fondu hesabına təhsil alırdı.

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

Gələn ilin dövlət büdcəsində ümumilikdə xərc hissəsi artırılır. Beləliklə, neft proqnozlaşdırılan qiymətdən ucuz satılmasa, büdcənin gəliri builkindən təqribən 3 milyard manat, xərcləri isə bu ilkindən 2 milyard manat çox ola bilər. Amma bununla belə, ümumilikdə sosial xərclərdə ciddi artım yoxdur.

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi bu ay başlamalıdır. Adətən parlamentdə çox da ciddi dəyişiklik edilmədən təsdiqlənir.

Buna da bax:

Dövlət maaşına necə dolanmaq olur?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG