Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

“Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”


Məlahət Mürşüdlü
Məlahət Mürşüdlü

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü AzadliqRadiosunun suallarını cavablandırır.

- Məlahət xanım, prezident İlham Əliyev sentyabrın 15-də 20 saylı məktəbinin açılışında bildirib ki,Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Doğrudanmı, prezidentin dediyi kimi müəllimlər 500 manatdan çox maaş alırlar?

İlham Aliyev
İlham Aliyev

​- Bu məsələ müəllimin dərs saatına bağlı olduğundan 500 və 650 manat alan müəllim də var. Ancaq bu cür maaş o halda mümkün olur ki, birinci, müəllimin iş stajı 20 ildən, ikinci, dərs saatı da həftədə 24 saatdan yuxarıdır. 28-30 saat dərs saatı olan stajlı müəllimlərin əmək haqqı deyilən qədərdir. Ancaq gün ərzində 6 saat dərs verən müəllimə gəldikdə, burda kefdiyyətdən söz gedə bilməz.

- Nə mənada?

- Baxın, dərs yükü artıqdır, müəllim normalda gün ərzində 3-4 saat dərs deməlidir. Qalan vaxtını isə növbəti günün dərslərinin hazırlığına sərf etməlidir. Bilirsiniz ki, kirikulum yeni proqramdır. Buna görə də, təlimə hazırlaşmaqdan ötrü hər bir müəllimə sinifdən kənarda vaxt lazımdır. Yəni müəllimə evə gəlib, cədvəlini qarşısına qoyub növbəti günün dərsinə hazırlaşmaq üçün 4-5 saat vaxt lazımdır. Ancaq gündə 5-6 saat dərs yükü, həftəyə 24-28, hətta kənd yerləri var ki, 30-32 saat yükü olan müəllimlər öz vəzifəsinin öhdəsindən gələ bilmirlər, keyfiyyət arxa plana keçir. Çünki hər gün ən azı 6 saat fasilə vermədən dərs deyən müəllimin növbəti günün dərslərinə hazırlaşmaq vaxtları məhdud olur. Bir daha deyirəm, 500, hətta 650 manat maaş alan müəllimlər var, ancaq onların sayı çox deyil, nadir hallardır. 134 minlik müəllim ordusunun hamısının 500 manat maaş alması qeyri-mümkündür.

-Bəs normalda dərs yükü nə qədər olmalıdır?

-Əslində, müəllimə həftəlik dərs saat yükü 18 saat olmalıdır. Bununla belə rayonlarda müəllimlər çatışmadığından bir stavka yarımdan artıq dərs deyən müəllimlər var. Bakı şəhərində bunlar müşahidə olunmur, əksinə, dərs yüklərinin azalması tendensiyası baş verir. Xüsusən xarici dil müəllimləri 6-7 saat işləyirlər, fizika, kimya və biologiya müəllimləri isə həmin dərs yükünə malik deyillər. Onların dərs yükünə görə əmək haqları aşağıdır, 230-250 manat.

Foto arxiv
Foto arxiv

​Buna da bax: "Azərbaycanda 55 minə yaxın uşaq təhsildən kənar qalıb"

- Bakı ilə bağlı dediniz, bəs Sumqayıt, Gəncə, Mingəçevirdə durum necədir?

- Bir daha deyirəm, paytaxt məktənlərində şagird azlığı, müəllim çoxluğu dərs çatışmazlığı ilə nəticələnir. Belə olanda 500 manat maaş alan müəllimi barmaqla saya bilərik. Ancaq bölgələrdə bu cür maaş alanlar çoxdur. Çünki orda müəllim çatışmazlığı yetərincədir.

- Hazırda müəllimlərin dərs keyfiyyəti və sosial vəziyyəti necədir?

- Hər il Dövlət İmtahan Mərkəzinin açıqladığı buraxılışın cavabları və monitorinqlərin nəticələri göstərir ki, bəzi fənlərdən müəyyən mənada axsamalar var. Ötən ilki faiz göstəriciləri bu ilki ilə üst-üstə düşmür. Bu təlimin keyfiyyətinə bağlıdır. Belə olanda təlimin keyfiyyətinin artırılması Azərbaycan məktəblərinin qarşısında dayanan əsas vəzifədir. Hələ çox işlər görülməlidir...Müəllimlərin hazırlığına gəldikdə, yeni innovativ üsullar, treninqlər, kurslar keçirilir. Ancaq “gərək quyunun özündə də su olsun” məsəli var. Özünütəhsil anlayışı var, müəllimlərimiz öz üzərlərində çalışmalıdır. Elə müəllimlərimiz var ki, kursa getmir, ancaq öz üzərlərində çalışmaqla müəyyən çevrəyə sahib olublar. Bax, bizdə özünü yetişdirmək çatışmır. Bundan əlavə orta məktəblərdə pedoqoji mühit də yoxdur.Yəni müəllimlərin öz üzərlərində çalışmasından ötrü mühit olmalıdır. Bir neçə il əvvəl sosioloji sorğu keçirdik, anonim idi, 120 müəllim iştirak edirdi. Suallardan biri beləydi: dərs arası fasilələrdə, müəllimlər otağında nədən söhbət edirsiniz. İnanın, təhsil, bədii, elmi müzakirəyə rast gəlmədik. Yalnız şouların müzakirəsi, alış-veriş və s. Ancaq türk liseyləri var, 45 dəqiqə boş vaxtında müəllim kitabxanaya gedirdi, heç kəs onları məcbur da etmir. Durektorun yardımçısı dərsləri dinləmir. Bununla belə pedaqoji ortam ilk gündən elə qurulub ki, müəllimlər kənar söhbətlər edə bilmirlər.Müəllimlərin sosial vəziyyətinə gəldikdə, 230-250 manat maaş alan insanın durumunu təsəvvür etmək elə də çətin deyil.

- Azərbaycanda müəllimlərin əməkhaqqını qonşu ölkələrlə müqayisədə necə dəyərləndirirsiniz?

-Bizim Gürcüstanda əməkdaşlıq etdiyimiz təşkilat var.Onlarla apardığımız fikir mübadiləsi göstərir ki, orda əməkhaqqı daha yüksəkdir. Fərq ən azı 120 dollardır. Rusiyada da maaş yüksəkdir. Azərbaycan müəllimləri Ermənistan müəllimlərindən də az maaş alırlar. Ümumiyyətlə, regionda ən aşağı əməkhaqqı alırıq. Bir şeyi deyim, başqa respublikalarda necə olması bir müəllim kimi məni maraqlandırmır. Müəllimin əməyi elmi dərəcədə qiymətləndirilməlidir. Hesab edin ki, 30 şagirdi olan sinifin yazı işini yoxlamaq 3-4 saat vaxt tələb edir, ancaq bizim yetkililər bunu nəzərə almır. Ona görə müəllimlərin üzərlərində işləməsi deyəndə, mən elmi qiymətləndirməni nəzərdə tuturdum. Müəllim yalnız məktıbdə fəaliyyət göstərmir.Söhbət müasir, çalışan müəllimdən gedir. Şənbə, bazar günləri şagirdləri muzeylərə aparan müəllimlər var, bu, onun əməyidirsə, niyə qiymətləndirilmir?! Ona görə əməyin qiymətləndirilməsi prosesi baş vermir. Buda təlimin keyfiyyətinə, repitorluğun total şəkil almasına təssir göstərir.Müəllimlərin biliyini şagirdinə yox, məşğələyə gələnə verməsi prosesi adi hal alır.

Buna da bax: Vurğun Əyyub: ‘Geniş açıqlama Məleykə Abbaszadənin borcudur’

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG