Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:40

Azərbaycanda 55 minə yaxın uşaq təhsildən kənar qalıb


Xüsusi ehtiyacı olan uşaqlar

Azərbaycanda 54 612 nəfər xüsusi ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb.

Təhsil Nazirliyi nəzdində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov “Azərbaycan müəllimi” qəzetində yayılan məqaləsində belə yazıb.

O, xüsusi təhsilə ehtiyacı olan uşaqlarla bağlı aparılan araşdırmalardan bəhs edib.

Buna da bax:​ 'Azərbaycanda uşaqların hüquqları korrupsiyaya qurban edilib'

“2016-cı ildə qeydiyyata alınmış 67 081 xüsusi təhsilə ehtiyacı olan uşaqlardan yalnız 12 469 nəfər (18%) formal təhsilə cəlb edilib. Formal təhsilə cəlb olunmuş 12 469 nəfər əlilliyi olan uşaqdan 8807 nəfər (71 faiz) evdə dərs alıb”, – A.Xələfov deyib.

Onun bildirdiyinə görə, 2820 nəfər əlilliyi olan uşaq internat-məktəblərində cəmiyyətdən və ailələrindən təcrid olunmuş şəraitdə təhsil alıblar.

“818 nəfər günərzi məktəblərdə təhsil alıb. Nəticə etibarilə 54 612 nəfər xüsusi ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb”.

Buna da bax:​ Küçədə yaşayan internat məzunu

A.Xələfov belə uşaqların təhsildən kənar qalmasının səbəblərinin də araşdırıldığını bildirib.

“Cəmiyyətdə əlilliyə münasibətdən yaranan maneələr var. Xüsusi ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasında ən böyük maneələrdən biri əlilliyi olan insanlara ayrı-seçkiliyin olmasıdır. Qanunvericilikdən qaynaqlanan maneələr də var. Qanunvericilik məhdudiyyəti olan uşağın ümumtəhsil müəssisələrinə qəbul olunmasına qadağalar qoymasa belə, onların təhsilinin təşkilini təşviq etmir. Belə uşaq məktəbə qəbul olunduqda ona xüsusi şərait yaradılmır, pedoqoji heyətə əlavə ödəniş edilmir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG