Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:53

'Azərbaycanda uşaqların hüquqları korrupsiyaya qurban edilib'


Uşaq
Uşaq

«Azərbaycanda uşaq hüquqları çox aşağı səviyyədə təmin edilir».

Bunu Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov söyləyib.

Y.Bəkirov hesab edir ki, Azərbaycanda uşaqların hüquqları korrupsiyaya qurban edilib:

«Əvvəl bağça sisteminə aid binalar alındı. Bu binaların yerində hündürmərtəbəli binalar tikdilər. Uşaqların hüquqları heç yada düşmədi. Bununla bağlı hətta dövlət başçısı İlham Əliyevin tövsiyəsini belə dinləmədilər».

Y.Bəkirov deyir ki, rəsmi rəqəmlərə əsasən, uşaqların cəmi 18 faizi uşaq bağçası ilə təmin edilib:

«Bu, rəsmi rəqəmdir. Amma mənim təxmini hesablarıma görə, ən yaxşı halda 8 faiz uşaq bağça ilə təmin edilib. Bunun da səbəbi çoxdur, amma bütün səbəblərin başında maliyyə vəsaitinin olmaması durur. Bağçaların qiymətləri o qədər bahadır ki, bəzən bir aylıq maaşdan çox yuxarı olur».

***Buna da bax-Azərbaycan 'qlobal uşaq indeksi'ndə Ermənistan və Gürcüstandan geri qalır

Y.Bəkirovun deməsinə görə, uşaqların problemləri bununla bitmir. Ən böyük problem isə təhsilin aşağı səviyyədə olmasıdır:

«Bunu hamı bilir ki, məktəblilər repetitor yanına, kurslara getməsələr ali məktəblərə qəbul ola bilmirlər. Bu isə təhsilin səviyyəsinin bariz göstəricisidir».

Y.Bəkirov deyir ki, BMT-in Uşaq Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycana müxtəlif tövsiyələr versə də, onlar yerinə yetirilmir.

O vurğulayır ki, bağçaların sayının artırılması da bu tövsiyələr arasında yer alıb.

Y.Bəkirov bildirir ki, Azərbaycan BMT-yə ölkədə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı alternativ hesabat təqdim etmir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün qeyd edilməsi ilə bağlı 1950-ci ildə BMT qərar qəbul edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG