Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

Saakashvili-nin korrupsiyayla mübarizə reseptləri niyə işləmədi?


Mikheil Saakashvili Gürcüstanda hakimiyyətdə olarkən. Anaklia. 02Okt2013
Mikheil Saakashvili Gürcüstanda hakimiyyətdə olarkən. Anaklia. 02Okt2013

Gürcüstanda cəmi bir neçə il ərzində rüşvət problemi aradan qaldırılıb: nə polis, nə məmurlar, nə də həkimlər rüşvət alır. Ancaq ən yüksək səviyyədə korrupsiyanı aradan qaldırmaq mümkün olmayıb.

2000-ci illərin ortalarında başlamış islahatlara qədər Gürcüstanda durum bugünkü Ukraynanı xatırladırdı. Qohumluq əlaqələri, tanışlıq və rüşvətin köməyilə, demək olar ki, istənilən məsələni "həll etmək" olardı. Ancaq "Qızılgül inqilabı" nəticəsində hakimiyyətə gəlmiş gənc siyasətçilər cəmi bir neçə ilin içində bu mürəkkəb vəziyyəti kökündən dəyişə bildilər.

Buna da bax:​ Saakashvili kampaniyasını Kiyevə keçirəcəyini deyib

2003-cü ildə Gürcüstan “Transparency International”ın Korrupsiyanı qavrama indeksində 176 ölkə arasında 127-ci idi. Ancaq ötən il o, həmin siyahıda 44-cü yeri tuturdu. Bununla son beş ildə ən yaxşı nəticəni göstərən Gürcüstan İtaliya, Rumıniya, Yunanıstan, Çexiya və Slovakiya kimi ölkələri də geridə qoyub. Ekspertlər və yerli sakinlər hesab edirlər ki, ölkə aşağı səviyyədə korrupsiyadan, demək olar ki, tamamilə qurtulub.

BİOLOJİ VƏ MADDİ STİMUL

Bəs, əslində nə baş verib?

Gürcüstan islahatçıları, əslində, yeni bir şey icad etməyiblər. Onlar sadəcə, məmurlar da daxil olmaqla, hər kəsə bir şeyi başa salıblar: ya karyerada irəliləyəcəksiniz və yüksək maaş alacaqsınız, ya da çox ağır cəza alacaqsınız və heç kimə heç bir güzəşt olmayacaq.

Buna da bax: Ukrayna sərhədçiləri və polis Saakashviliyə protokol təqdim ediblər (Video)

Növbəti bir neçə il ərzində rüşvət üstündə tutulmuş çox sayda məmurun məhkəmə prosesi keçirildi. Özü də bu rüşvətin məbləği heç bir əhəmiyyət daşımırdı. Məsələn, Tbilisi meriyasının keçmiş əməkdaşı və hakim "Gürcü arzusu" partiyasının gənclər qanadının keçmiş rəhbəri Otar Abesadzeyə cəmi 3 min dollar rüşvət aldığına görə iş açılıb. İndi ona 9 ilədək həbs cəzası verilə bilər.

"Oğurluq etməsin deyə insana birincisi, uzunmüddətli ideya vermək lazımdır: o, nəyə görə ölkəyə xidmət etməlidir? Bundan başqa onlara iki əsas stimul vermək gərəkir: bioloji və maddi. Maddi stimul az-çox yaxşı maaş deməkdir. Bioloi stimulsa işini itirmək qorxusudur", – politoloq Gia Khukhashvili deyir.

Buna da bax:​ Saakashvili Ukraynada müxalifəti birləşdirməyə ümid edir

YERLİ SƏVİYYƏLƏRDƏ “ƏMƏLİYYATLAR”

Ekspertin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili 2000-ci illərin ortalarında öz işində məhz bu kombinasiyanı əsas götürmüşdü. Sonradan bu kombinasiya tamamilə ideal olmasa da, dayanıqlı sistemə çevrildi və bu sistem Gürcüstanda bu günə qədər işləyir. Ancaq Khukhashvili deyir ki, indi bu sistemi laxlada biləcək risklər meydana çıxıb.

"Hələlik, sistemli geriləmə yoxdur, ancaq hərəkət dinamikası ...həyəcan doğurur. Korrupsiya əməliyyatlarının sayı çoxalıb. Onlar o zaman da var idi, biz həmişə elitar korrupsiyadan, hansısa biznes maraqlarından danışmışıq. Ancaq bütün bunlar çox yüksək nəzarət altında idi. Ancaq indi belə "əməliyyatları" insanlar yenidən yerli səviyyələrdə həyata keçirməyə başlayıblar", – o deyir.

Politoloq Nika Chitadze də təsdiqləyir ki, Gürcüstanda aşağı səviyyədə korrupsiyaya qalib gəlmək mümkün olub. Polislər və həkimlər hələ də əvvəlki kimi rüşvət almırlar. Hakimin və ya məmurun "cibinə pul qoymaq" olmaz. Gürcüstanda aşağı və orta səviyyədə "tapşırıq" və "razılaşma" işləmir.

Buna da bax:​ Ukraynada Saakashvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb

Bu fikirlə ölkə sakinləri də razılaşır.

“ÇOXDAN BELƏ ŞEYLƏ RASTLAŞMAMIŞAM”

"Yəqin ki, hansısa korrupsiya faktları mövcuddur. Korrupsiyanın olmadığı ölkə yoxdur. Ancaq mən özüm çoxdan belə şeylə rastlaşmamışam", – Tbilisi sakini Bezhan deyir.

"Dövlət həm korrupsiyaya, həm də kriminala qalib gələ bilib. Odur, maşınları nəzarətsiz qoyub gedirik. Düşünürəm ki, burada məsələ qaçılmaz cəza qorxusundadır", – deyə Guram adlı şəhər sakini onunla razılaşır.

"Korrupsiyanın ölkədə böyük problem olduğunu deyə bilmərəm, amma müəyyən faktlar var. Ancaq mübarizə aparırıq və ümid edirəm onun kökünü kəsəcəyik", – Tbilisidən olan Marekhi əmindir.

Chitadze problemi başqa şeydə görür: Gürcüstan hakimiyyətinin ən yuxarı səviyyəsində korrupsiya əlaqələri qalmaqdadır.

Buna da bax:​ Gürcüstan Saakashvilinin verilməsi ilə bağlı Ukraynaya rəsmi sorğu göndərib

"Bir çox nazirliklərdə kadr seçimi və müsabiqələr zamanı şəffaflıq yox idi. Təəssüf ki, bu, əvvəlki hökumətin vaxtında da vardı, indiki hökumətin vaxtında da var. Bu, nepotizmdir, şəxsi əlaqələr həlledici rol oynayır. Gürcüstanda bu problem var və bu, böyük problemdir", – deyə o etiraf edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG