Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Ukrayna sərhədçiləri və polis Saakashviliyə protokol təqdim ediblər (Video)


Mikheil Saakashvili

Ukrayna sərhədçiləri Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashviliyə sərhədi qanunsuz keçməsi ilə bağlı protokolu oxuyublar.

Bu barədə“İnterfaks-Ukraina” məlumt verir.

Məlumata görə bu, Saakashvilinin qaldığı Lvovdakı “Leopolis” otelinin qarşısında jurnalistlər, deputatlar və vəkillərin iştirakı ilə edilib.

Deputat Sergei Kunitsin-in sözlərinə görə protokol Saakashviliyə Ukrayna vətəndaşı kimi yox, “sərhədi qanunsuz keçən vətəndaşlığı olmayan adam” kimi təqdim edilib.

Sərhədçilər Saakashvilidən şəxsiyyət vəsiqəsi tələb edəndə o deyib ki, onun oğurlanmış pasportu president Petro Poroshenkonun otağındadır.

***

Ukrayna sərhəd xidmətinin əməkdaşları və polislər sentyabrın 12-də Mikheil Saakashvilinin qaldığı Lvovdakı “Leopolis” otelinə gəliblər.

Bu barədə Azadlıq Radiosunun “Nastoyaşie vremya” televiziya layihəsi məlumat verir.

Saakashvilinin yaratdığı “Yeni qüvvələr hərəkatı” nını üzvü İvan Slobodyanik özünün “Feysbuk” səhifəsində yazır ki, onlar kuya, Saakashviliyə Ukraynanın dövlət sərhədini qanunsuz keçməsi barədə protokol təqdim etmək istəyirlər.

Mənbənin məlumatına görə,onları Saakashvilinin vəkilləri qarşılayıb, amma hüquq-mühavizə orqanlarının əməkdaşlrı deyiblər ki, onlar protokolu Saakashvilinin şəxsən özünə təqdim etmək istəyirlər.

“Ukrainskaya Pravda”nın yazdığına görə, otelin ətrafına xeyli journalist toplaşıb.

Mikehil Saakashvilinin tərəfdaşı David Sakvarelidze özünün “Feysbuk səhifəsində yazır ki, artıq Ukraynada onun sərhədi keçməsinə köməm edənlərin həbsinə başlanıb, Çerkass və İvano-Frankovskda fəallar həbs olunub.

Sakvarelidze, Saakashvili və onun tərəfdarlarının hüquqlarını müdafiə etmək üçün bütün Lvov sakinlərini “Leopolis” otelinin qarşısına toplaşmağa çağırıb.

Qeyd edək ki, Mikheil Saakashvili Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

***

Buna da bax: "Mikheil Saakashvili Ukraynaya bu şəkildə keçdi"​

Ukrayna polisi sentybarın 11-də bildirib ki, keçmiş Odessa qubernatoru Mikheil Saakashvilinin qanunsuz olaraq Ukrayna sərhəddini keçməsi ilə bağlı cinayət işi açılıb.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakashvili sentyabarın 10-da Polşadan Kiyevə qatarla gəlmək istədi. Amma Polşa tərəfdə vağzalda onun gəldiyi qatarı saxladılar. Elan olundu ki, qatarda Ukraynaya giriş üçün sənədi olmayan şəxs olduğuna görə qatar yerindən tərpənməyəcək.

Saakashvili bundan sonra avtobuslaUkrayna sərhəddinə gəldi. Burda sərhəd-keçid məntəqəsində onun tərəfdarları polis zəncirini qırdı və Saakashivi Ukraynanın Lvov şəhərinə keçə bildi.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko iyulun 26-da ABŞ-da səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.

Saakashvili ötən ay Polşada bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.

Mikheil Saakashvili

2015-ci ildə Ukrayna prezidenti Petro Poroshenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı da əlindən alınıb.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG