Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

Saakashvili Ukraynada müxalifəti birləşdirməyə ümid edir


Saakashvili Ukrayna sərhəddində
Saakashvili Ukrayna sərhəddində

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Ukrayna siyasətinə yenidən qoşulmağa və Kiyevdə müxalifəti birləşdirməyə ümid edir. O bunu sentyabrın 11-də deyib.

“Demək istəyirəm ki, bu, savaşımın başlanğıcıdır”, – Saakashvili qanunsuz olaraq Polşadan Ukraynaya keçəndən sonra Lvovda mətbuat konfransında söyləyib.

Buna da bax:​ Ukraynada Saakashvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb

“DEMOKRATİYA OLMALIDIR”

“Mən korrupsiyaya, oliqarxların Ukraynaya faktiki nəzarət etməsinə, Maydana xəyanətə qarşı vuruşuram. Ölkəmizdə demokratiya olmalıdır, oliqarxların diktəsi işləməməlidir”, – o söyləyib.

Saakashvili deyib ki, Ukraynanın bütün regionlarına gedəcək və “müxtəlif siyasi qüvvələri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacaq – ölkədə demokratiya olmalıdır, oliqarxların nəzarətində olmamalıdır”.

Saakashvili Ukrayna vətəndaşlığının vaxtilə müttəfiqi olan Ukrayna prezidenti Petro Poroshenko tərəfindən alındığını deyib, çünki fikrincə, Poroshenko ona təhlükə kimi baxır. Ancaq onu da bildirib ki, özü üçün prezidentlik deyil, bu posta yeni, gənc siyasətçinin gətirilməsini istəyir. Bu haqda “Reuters” yazır.

Buna da bax:​ Gürcüstan Saakashvilinin verilməsi ilə bağlı Ukraynaya rəsmi sorğu göndərib

“İSTƏDİYİMİZ BU DEYİLDİ”

Saakashvili sərhədi keçəndə keçmiş baş nazir, Ukraynanın ən böyük müxalifət partiyalarından birinin lideri olan Yulia Tymoshenko ona qoşulub. O, hazırda rəy sorğularında Poroshenko-dan öndə gedir.

“Reuters” onu da xəbər verir ki, islahatçı deputat, Maydan etirazlarının liderlərindən biri olmuş, parlamentdə Poroshenko-nun fraksiyasının üzvü Mustafa Nayyem də Saakashvili ilə birlikdə gəzib və Kiyev hakimiyyətini opponentlərini susdurmaq cəhdində ittiham edib.

“Biz Maydanda qalanda istədiyimiz ölkə bu deyildi. Biz opponentlərin, siyasi opponentlərin istədiklərini dilə gətirdikləri bir ölkə istəyirdik”, – Nayyem deyib.

Buna da bax:​ Saakashvili:"Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

Ukraynanın daxili işlər naziri Arsen Avakov Saakashvili-nin sərhədi keçməsini “ölkənin əsas institutlarına hücum” adlandırıb.

Saakashvili-yə cinayət işi açılıb.

MƏHKƏMƏYƏ GEDƏCƏK

Poroshenko isə deyib ki, Saakashvili Ukrayna vətəndaşlığının alınmasıyla bağlı qərarla razılaşmırsa, onu məhkəmədə mübahisələndirməlidir.

Saakashvili Lvovda deyib ki, Ukrayna pasportu artıq yoxdur, sənədi onu Ukraynaya gətirən avtobusdan “polis oğurlayıb”. Lvov polisi isə onun pasportunun alınmadığını bildirib.

Buna da bax:​ Saakashvili Poroshenkonu diktatorçuluqda ittiham elədi

Sentyabrın 10-da Saakashvili yüzlərlə tərəfdarının dəstəyilə Ukrayna sərhədçilərinin müqavimətini qıraraq sərhədi keçib.

Ukraynanın baş naziri Volodymyr Hroysman sentyabrın 11-də Facebook səhifəsində bu insidenti Ukrayna dövlətçiliyinə “hücum” adlandırıb.

Saakashvili isə iddia edir ki, BMT-nin qaçqınlar üzrə agentliyi – UNHCR onu “dövlətsiz” kimi tanıyıb və Ukrayna məhkəməsində vətəndaşlığının alınmasını mübahisələndirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG