Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 14:19

Gürcüstan Saakashvilinin verilməsi ilə bağlı Ukraynaya rəsmi sorğu göndərib


Mikheil Saakashvili

Gürcüstan prokurorluğu keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin verilməsi ilə bağlı Ukraynaya rəsmi sorğu göndərib.

Bu barədə TASS agentliyi avqustun 18-də Gürcüstanın “İmedi” televiziya kanalına istinadla xəbər verir.

Məlumatda bildirilir ki, Gürcüstan prokurorluğu Ukrayna tərəfinə Saakashvilinin ekstradasiyası ilə bağlı rəsmi sorğu göndərib və Gürcüstanın baş prokurorluğu hazırda Ukrayna prokurorluğu ilə yaxından əməkdaşlıq edir.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko iyulun 26-da Saakashvilini vətəndaşlıqdan məhrum edib.

Saakashvili həmin vaxt Vaşinqtonda idi.

O, avqustun əvvəllərində Vaşinqtondan Polşaya, sonra isə Litva və Macarıstana gedib.

Qeyd edək ki, Saakashvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qibernatorudur.

O, bu günlərdə bəyan edib ki, sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.

Saakashvili vətəndaşlığını geri almaq üçün mübarizə aparacağını bəyan edib.

«İstədiyim ancaq odur ki, məhkəməyə gedib hüquqlarımı müdafiə edə bilim», – o deyib.

Ukrayna rəsmiləri isə bildiriblər ki, əgər o, ölkəyə girməyə çalışsa, pasportunu əlindən alacaqlar.

Saakashvili 2003-cü ildə "Qızılgül inqilabı" nəticəsində Gürcüstanda hakimiyyətə gəlib və iki müddət prezident olub.

Amma sonradan populyarlığı getdikcə azalıb.

2015-ci ildə Ukrayna prezidenti Petro Poroshenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı əlindən alınıb.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG