Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:36

Ukraynada Saakashvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb


Ukraynanın Mostyska stansiyası. Şüarda yazılıb ki, "Poroshenko, Saakshivilinin vətəndaşlığını qaytar"

Ukrayna polisi sentybarın 11-də bildirib ki, keçmiş Odessa qubernatoru Mixeil Saakashvilinin qanunsuz olaraq Ukrayna sərhəddini keçməsi ilə bağlı cinayət işi açılıb.

“Dövlət sərhədddini qanunsuz keçmə” maddəsi ilə ona 3 il həbs cəzası verilə bilər. Ancaq cinayət işində onun adı çəkilmir.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakashvili sentyabarın 10-da Polşadan Kiyevə qatarla gəlmək istədi. Ancaq Polşada vağzalda qatarı saxladılar. Elan olundu ki, qatarda Ukraynaya giriş üçün sənədi olmayan şəxs olduğuna görə qatar yerindən tərpənməyəcək.

Qatarda bir neçə saat oturub-gözləyəndən sonra Saakashvili avtobusa minib Ukrayna sərhəddinə gəldi. Burda sərhəd-keçid məntəqəsində onun tərəfdarları polis zəncirini qırdı və Saakashivi Ukraynanın Lvov şəhərinə keçə bildi.

Saakashvili iyul ayında Ukrayna vətəndaşlığından məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG