Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:57

Saakashvili Poroshenkonu diktatorçuluqda ittiham elədi


Mikheil Saakashvili

Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili Ukrayna prezidenti Petro Parashenkonu keçmiş sovet diktatorlarına məxsus üsullarından istifadədə” ittiham edib.

Saakashvili bunu Varşavada Azadlıq Radiosunun müxbirinə müsahibə verərkən deyib.

Qeyd edək ki, Saakashvili bu yaxınlarda Ukrayna vətəndaşlğından məhrum edilib.

O həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

Saakashvili bildirib ki, Polşaya Amerikadan Ukrayna pasportu ilə gəlib və keçmiş sovet diktatorlarına məxsus bu qərarı heç də bütün ölkə tanımır.

Saakashvili qeyd edib ki, Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı Porpshenkonun qərarı qanunsuzdur.

Çünki o bunu edərkən Ukrayna konstitusiyası və beynəlxalq konvensiyanı pozub.

Qeyd

Gürcüstanın keçmiş prezidenti olmuş Mikheil Saakashvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında Ukrayna prezidenti Petro Poroshenko-nun əmri ilə alıb. Bundan sonra Poroshenko onu Odessa vilayətinə qubernator təyin edib.

Amma o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.

Gürcüstanda hazırki hakimiyyət tərəfindən prezidentliyi dövründə dövlət vəsaitini dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Saakashvili-ni Ukrayna vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığından məhrum ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG