Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

Sarkisianın xanımı Mehriban Əliyevadan danışdı (Video)


Ermənistanın Birinci xanımı Azərbaycanın Birinci xanımından danışır
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Ermənistanın Birinci xanımı Azərbaycanın Birinci xanımından danışır

“Azərbaycanın birinci xanımı da bunu özü hiss eləsəydi, müharibə çoxdan qurtarardı”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu bunu Ermənistanın birinci xanımı Rita Sarkisian deyib.

Rita Sarkisian Yerevanda veteranlar şurasının üzvləri ilə görüşüb.

Görüşdə ona Dağlıq Qarabağdakı hərbçilərin sosial vəziyyəti, yaşayış şəraiti ilə bağlı sual verilərkən o, belə cavab verib.

“Mənim özüm müharibə vaxtı Qarabağda idim. Mən müharibənin nə olduğunu öz həyatımda hiss eləmişəm. Bombalardan biri qonşumuzun evinə düşdü , mənə çox pis təsir elədi, bu dəhşətli idi.

Mənə elə gəlir ki, əgər Azərbaycanın birinci xanımı da bunu özü hiss eləsəydi, müharibə çoxdan qurtarardı”,deyə o bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisianın arvadı Rita Sarkisian Xankəndidə anadan olub.

Xatırlatma

Qarabağ münaqişəsi yenidən 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Münaqişənin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması və qaçqınların geri qaytarılması ilə bağlı qəbul etdiyi qətnamələrin heç biri hələ də yerinə yetirilməyib.

Mayın 8-i Dağlıq Qarabağın əsas şəhərlərindən olan Şuşanın işğalının 25 ili tamam olur.

Buna da bax: "XİN Şuşanın işğalı ilə bağlı bəyanat yaydı"

Buna da bax: "Şuşanın işğalından 25 il ötür"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG