Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:03

Şuşanın işğalından 25 il ötür


Bu gün, mayın 8-i Şuşa şəhərinin işğal olunmasından 25 il ötür.

Şuşa şəhərinin işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir. Verilən xəbərlərə görə, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox insanın öz doğma torpağından didərgin salındığı açıqlanıb.

Azərbaycanın rəsmi orqanları bildirir ki, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb. Bura habelə, 2 sanatoriya, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG