Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:06

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalı ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhərini işğal edib.

«İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb. 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb»,-bəyanatda vurğulanır.

XİN hesab edir ki, «Azərbaycan musiqisinin beşiyi» və «Şərqin konservatoriyası» adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni irsinə ağır zərbə vurulub.

BMT QƏTNAMƏLƏRİ YERİNƏ YETİRİLMİR

XİN xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə işğalı qınayan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyan 4 qətnamə qəbul edib. Ancaq qətnamələr hələ də yerinə yetirilməyib: «Ermənistan beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edir. İşğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir. Məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını rədd edərək, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir».

XİN bəyan edir ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. «Danışıqlar Ermənistanın işğala son qoyması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır»,-XİN bildirir.

XATIRLATMA

Qarabağ münaqişəsi yenidən 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Bu gün, mayın 8-i Dağlıq Qarabağın əsas şəhərlərindən olan Şuşanın işğalının 25 ili tamam olur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG